İstəyirlər ki, müqavilə Vaşinqtonda imzalansın - ŞƏRH
Yusif Nəzərli
11:52 01.08.2023
Siyasət
470
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə İrəvana səfər edəcək.
Bu barədə “Azadlıq Radiosu”nun erməni bürosu ABŞ-nin İrəvandakı səfirliyinə istinadən bildirib.
Qeyd olunub ki, səfər zamanı ABŞ diplomatı ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəyini ifadə edəcək, davamlı sülhə nail olmağın ən yaxşı yollarını müzakirə edəcək.
Səfirlikdən bildirilib ki, ABŞ Cənubi Qafqazda yaşayan xalqlara sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır.
Gözlənilən səfəri "Sherg.az"a dəyərləndirən politoloq Samir Hümbətov bildirib ki, Bononun may ayındakı səfəri də kritik bir zamanda təşkil edilmişdi:
"Xatırlayırsınızsa, mayın 1-dən 4-nə qədər Azərbaycanla Ermənistanın Xarici İşlər nazirləri Vaşinqtonda bir araya gələrək müzakirələr aparmışdı. Yəni ABŞ-nin məsələdə öz maraqları var. Xüsusən də Ermənistanla bağlı. Eyni zamanda Azərbaycanın yerləşdiyi coğrafi mövqeyin Vaşinqton tərəfindən daha məqbul qəbul edilməsi onun bizə olan marağını artırır. Nəzərə almaq lazımdır ki, Azərbaycan həm də Xəzər hövzəsində yerləşən karbohidrogen ehtiyatları ilə zəngin olan bir ölkədir. Həmçinin Çinin həyata keçirmək istədiyi "Bir kəmər, bir yol" layihəsinin orta dəhlizini təşkil edir. Yəni Azərbaycanın son illərdə Cənubi Qafqazda möhkəmlənən mövqeyi ABŞ üçün maraqlıdır".
Analitik əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda yeni dünya nizamı formalaşır:
"Bu yeni nizamda isə Türk Dövlətləri Təşkilatının (TDT) xüsusi çəkisi yaranır. Bunlar isə Ağ ev tərəfindən diqqətdən kənarda qalmayan mövzulardır. Ona görə də düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinin sürətlənməsi və nəticənin əldə olunmasında rəsmi Vaşinqton istəklidir. Düzdür, ABŞ burada öz maraqlarını güdür. Hətta onlar istəyir ki, yekun müqavilə Vaşinqtonda imzalansın. Bononun səfəri zamanı da tərəflər arasında mövcud olan son gərginliklərə aydınlığın gətiriləcəyini düşünürəm. Güman ki, o Ermənistandan sonra Azərbaycana da səfər edəcək. Çünki danışıqlar prosesini aparmaq üçün birtərəfli mövqe yetərli deyil. Bu səfər çərçivəsində isə əsas gündəm mövzusu regiondur. Ümumiyyətlə səfərin zəngin müzakirələrlə keçəcəyini ehtimal edirəm. Münasibətlərin nizamlanması baxımdan nə dərəcədə effektiv olacağını isə Bononun səfərindən sonra şərh edə bilərik".
Xatırladaq ki, Lui Bono bu ilin may ayında regiona səfər edib. Səfəri zamanı o, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə