
İvanişvili hakimiyyəti 20 illik oturuşmuş siyasi sistemi dəyişir - ŞƏRH
09:27 25.05.2024
Siyasət
490
Gürcüstan tamamilə Qərbdən qopur
ABŞ "Xarici təsir qanunu"nun qəbul edilməsinə cavab olaraq Gürcüstanla əlaqələrini hərtərəfli şəkildə nəzərdən keçirməyə başlayıb. Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında bildirilib. Bəyanatda qeyd olunub ki, Vaşinqton Gürcüstan liderlərinin qanun layihəsini yenidən nəzərdən keçirəcəyinə və öz xalqının demokratik və Avro-Atlantik istəkləri ilə irəliyə addım atacağına ümid edirik: "Biz iki ölkə arasında əlaqələri gözdən keçirib öz qərarlarımızı qəbul edərkən Gürcüstanın fəaliyyətini nəzərə alacağıq". Departament Gürcüstan rəsmilərinə sanksiya tətbiq ediləcəyini də açıqlayıb: "Gürcüstanda demokratiyanın baltalanmasına görə məsuliyyət daşıyan və ya buna şərik olan fərdlərə, həmçinin onların ailə üzvlərinə tətbiq ediləcək yeni viza məhdudiyyəti siyasəti tətbiq edir. Bura Gürcüstanda zorakılıq və təhdid kampaniyaları ilə vətəndaş cəmiyyətini və sərbəst toplaşmaq azadlığını boğmağa çalışanlar da daxildir".
Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası ABŞ dövlət katibi Antoni Blinkenin sanksiyalarla bağlı bəyanatına cavab verib. “Gürcü Arzusu”nda deyilib ki, Tbilisi ölkənin suverenliyi və təhlükəsizliyi ilə ticarət etməyəcək: "Heç bir şantaj bizi ölkəmizə qarşı addım atmağa məcbur edə bilməz. Belə biz vəziyyətdə sanksiyalar yalnız qeyri-məhsuldar ola bilər və sanksiya tətbiq edən tərəfə zərər vura bilər". Əlavə olunub ki, Antoni Blinkenin adından verilmiş bəyanatda “viza məhdudiyyətlərinin tətbiq edilməsi kimi şantaj Gürcüstanın müstəqilliyi və suverenliyini məhdudlaşdırmağa yönəlmiş xam cəhddir”. Bəyanatda ABŞ-nin qanun layihəsinin lehinə səs verən deputatları təhdid etməsinin dünya siyasi tarixində bənzəri görülməmiş hadisə olduğu, bunun tarixə boz hərflərlə yazılacağı qeyd olunub. Əlavə olunub ki, hazırda Aİ namizədi olan Serbiya və Bosniya-Hersoqovinanın da yüksəkvəzifəli rəsmilərinə qarşı ABŞ tərəfindən sanksiya tətbiq edilir, lakin hər iki ölkə Aİ-yə üzvlük istiqamətində fəaliyyətini davam etdirir və heç bir ləngimə ilə üzləşmirlər: “Ona görə də hər kəsi praqmatik olmağa, əlaqələrin inkişafı üçün effektiv addımlar atmağa çağırırıq ki, bu da Amerika və Gürcüstan xalqlarının da maraqlarına bərabər şəkildə cavab verir”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Gürcüstanla ABŞ arasında siyasi böhran dərinləşir. Ekspertin sözlərinə görə, "Gürcü Arzusu" Partiyasının "Xarici agentlər haqqında" qanunu qəbul etməsi Qərblə Tbilisi arasında siyasi əlaqələrə ciddi zərbə vurub:

"Brüssel Gürcüstanla bağlı Avropa İttifaqına namizədlik statusu verdikdən sonra hakimiyyətin belə bir qanunu qəbul etməsi Qərblə əməkdaşlıqda maraqlı olmadığını göstərir. Ümumiyyətlə, "Gürcü Arzusu" Partiyası bu qanunu qəbul etməklə, Qərblə məsafəli siyasətin aparılmasını və uzun müddət Gürcüstanda hakimiyyətdə qalmağı hədəfləyir. ABŞ Gürcüstana viza rejimi tətbiq edir. Oktyabrda keçiriləcək seçkilərdə "Gürcü Arzusu" yenidən hakimiyyətdə qalarsa, Avropa İttifaqı namizəd statusunu ləğv edə bilər. Gürcüstan hakimiyyəti 20 illik oturuşmuş siyasi sistemi dəyişir, Avropa İttifaqı və ABŞ ilə əlaqələri aşağı səviyyəyə salaraq siyasi sistemi dəyişir. Bu dəyişikliklərin memarı oliqarx və "Boz kardinal" Bidzina İvanişvilidir. Gürcüstan hakimiyyəti bu qanunun Qərblə münasibətləri kəskinləşdirəcəyini gözləyirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual