Kazanda İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşü olub- Video

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Sherg.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.


***

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatında iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

***
Kazanda BRİKS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Paşinyan arasında ikitərəfli görüş keçirilir.

Sherg.az xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntülər yayılıb.

Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kazanda Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir