Kılıçdaroğluna açıq qapını göstərdilər - Məhəmməd Əsədullazadə
Yusif Nəzərli
08:36 30.07.2023
Siyasət
492
Əkrəm İmamoğlu CHP sədrliyinə gəlmək istəyir
Ancaq onun da partiyanı irəliyə aparmaq, uğur əldə etmək şansı sıfırdır
Türkiyənin müxalifət partiyası CHP-də daxili gərginlik davam edir. Partiyadan olan bələdiyyə sədrlərinin toplantısında sədr Kamal Kılıçdaroğluna qarşı “istefa et” tələbi səsləndiyi bildirilib. Kılıçdaroğlu isə bu günə kimi heç zaman özü namizəd olmadığını, namizədliyinin irəli sürüldüyünü deyib. İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu isə bildirib ki, cəmiyyət CHP-nin lideri və rəhbərliyinin dəyişməsini, rəhbərliyin cavan nəsildən olmasını istəyir. İmamoğlunun sözlərinə görə, CHP sədrinin dəyişilməsi üçün açılan sayta 1 milyondan çox insan daxil olub. O bildirib ki, gələn rəylərdə toplum aşağıdakı məsələləri irəli sürüb: “Cəmiyyət ehtiyaclarına uyğun aydın bir baxış və siyasətin müəyyən edilməsini, demokratiya və dünyəvilik haqqında əhatəli bir anlayışın meydana gəlməsini gözləyir. Cəmiyyət dəyişimi və yeniliyi qucaqlayan yeni partiya strukturu görmək istəyir. Gənclərin diqqətini çəkəcək strukturların təşviq edilməsini və gənclərin səlahiyyətlərinin artırılmasını tələb edir. Bizdən özgüvənli bir siyasət yürütməyimizi və Atatürk prinsiplərinə sadiq bir münasibət önə çıxarmağımızı gözləyir”. CHP-yə yaxınlığı ilə tanınan “Sözcü” qəzetinin yazarı İsmayıl Saymaz deyib ki, dəyişiklik tərəfdarları partiya məclisində çoxluğu ələ keçirdikcə, gərginlik daha da artır.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Türkiyədə bir ənənə var idi və seçkilərdə davamlı məğlubiyyət yaşayan partiya sədri istefaya gedirdi. Analitik vurğulayıb ki, ancaq CHP sədri Kamal Kılıçdaroğlu bu ənənəyə sadiq qalmadı: "Kılıçdaroğlu hər vəchlə çalışır ki, öz postunda qalsın. Əslində CHP-də hər zaman daxili-siyasi böhran, çaxnaşma olub. Kılıçdaroğluna alternativ namizəd İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğludur. O da CHP sədrliyinə gəlmək istəyir. Ancaq hesab edilir ki, İmamoğlunun da CHP-ni irəliyə aparmaq, uğur əldə etmək şansları sıfırdır. Çünki İstanbul bələdiyyə sədri kimi özünü doğrultmadı. Həm bələdiyyə, həm də siyasətçi kimi naşı olduğu üzə çıxdı. Amma görünən odur ki, İmamoğlu Kılıçdaroğluna qarşı partiyada vahid müxalifət formalaşdıra bilir. Növbəti qurultayda Kamal Kılıçdaroğlunun namizədliyinin irəli sürülməyəcəyini düşünürəm. İmamoğlu, Ankara bələdiyyə sədri Mənsur Yavaş və digər şəxslər sədrliyə namizəd iddiasında ola bilərlər. İstənilən halda CHP-də "yarpaq tökümü" olacaq. Kılıçdaroğlu kifayət qədər yaşlanıb, həm də seçkilərdə davamlı məğlubiyyətlə üzləşib. Onun mövcud iqtidarla kəskin mübarizəsi də CHP-nin inkişafına töhfə verməyib. O baxımdan İmamoğlunun Kılıçdaroğluna qarşı müxalifliyi və mübarizəsi sədrin dəyişməsi ilə nəticələnə bilər".
Xəbər lenti
Hamısına bax
Tarixin ən gəlir gətirən aktyoru oldu!
06:42 15.09.2026
Şou
ABŞ-ın xam neft ehtiyatlarının həcmi kəskin azaldı
05:25 15.09.2026
Dünya
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət