Klod Vizler özü-özünü biabır edib - Deputat
11:00 25.05.2024
Siyasət
590
Lüksemburqun parlament sədri bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu göstərdi
“Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diktə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırkı durumuna ziddir". Bu barədə Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev bildirib. Deputat deyib ki, Klod Vizler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu büruzə verməklə, əslində, özü-özünü yumşaq desək biabır edib: "Biz Azərbaycanda Lüksemburq kimi dünya siyasətində heç bir rolu olmayan bir dövlətin rəsmilərinin ölkəmizə qarşı qərəzinin haradan, daha doğrusu, hansı digər dövlətdən qaynaqlandığını yaxşı bilirik və Klod Visler kimilərinin həyəcanını başa düşürük. 2020-ci ilin 44 günlük müharibəsində və ötənilki antiterror əməliyyatındakı hərbi qələbələrimizdən sonra onlarla Vizlerəbənzər qərbli, avropalı, əsasən də fransalı siyasət adamlarının Ermənistana gəlib özlərini gülünc vəziyyətə qoyduqlarının şahidi olmuşuq. Onlar nəyə təsir edə biliblər ki, Klod Vizler də bu “uğur”u təkrarlaya bilsin? Bununla belə, yaxşı olardı ki, Lüksemburqun parlament sədri belə məsuliyyətsiz çıxışlar etmədən öncə ona verilən konspektlərdəki məlumatları dəqiqləşdirsin. Məsələn, Azərbaycan tərəfindən həbs edilən canilərin kimliklərinə dair ətraflı və obyektiv informasiya almağa çalışsın, onların insanlığa və bəşəriyyətə qarşı cinayət əməlləri barədə məlumatlı olsun. Cənab Vizlerin bilməsi yaxşı olar ki, o şəxslərin 30 il öncə qətl etdikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır, onillərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk ki, dinimizə uyğun dəfn edilsinlər. Bu, həmin ailələr üçün böyük təsəllidir ki, doğmalarının heç olmasa məzarlarının yerlərini biləcəklər. Görəsən, Klod Vizlerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amansızlıqlar etmiş canilərə münasibəti necə olar? Başqa bir dövlətin rəsmisi onlara “azadlıq” tələb edəndə, bu, Vizlerin ürəyincə olarmı? Belə çıxır ki, Ermənistan dövləti və rəsmiləri sözügedən canilərin mahiyyətinə bələddir deyə, onlarla bağlı bir kəlmə belə danışmır, ancaq uzaq və kiçik Lüksemburqun parlament sədri Qukasyanın, Saakyanın, Babayanın və başqalarının taleyindən narahatdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual