"Köçəryanla Sarkisyan beynəlxalq tribunala çıxarılacaqlar” – Hesab zamanıdır!
Banuçiçək Kalbalıyeva
12:18 07.12.2020
Siyasət
727
“Dinc sakinlərimizin öldürülməsində onların “əl”i var”
“Hara qaçsalar da, həqiqətdən və ədalətin hökmündən canlarını qurtara bilməzlər”
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanı məğlubiyyətlə bağlı sərt qınayıb və onu təhqir edib. O, Paşinyanın ünvanına bunları deyib: “Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”.
Hərçənd, Ermənistanın keçmiş başçıları Koçaryan və Sarkisyan da cinayətkar idilər. Onlar dinc sakinlərimizin qətlə yetirilməsində, dədə-baba torpaqlarından didərgin düşmələrində əsas pay sahibidirlər. Bunu artıq bütün dünya bilir.
Millət vəkili Ramil Həsən bu barədə “Sherg.az”a danışarkən onların törətdikləri əməllərə görə məsuliyyət daşıdığını vurğulayıb:
“Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin də dəfələrlə dediyi kimi, Ermənistanda xunta, yəni cinayətkar rejim hökm sürür. Paşinyan rejimi özü də Soros Fondunun tör-töküntüsüdür. Köçəryanın, Sarkisyanın da bizim dinc sakinlərimizin öldürülməsində əli var.
Onların əli Azərbaycan xalqının qanına bulanıb. Odur ki, hər iki siyasətçinin indi verdiyi açıqlamalar da boş və absurddur.
Dövlət başçısı Ağdam məscidi qarşısındakı çıxışında bu məsələyə geniş toxunmuşdu. Ermənistanın keçmiş rəhbərləri mütləq beynəlxalq tribunal qarşısında cavab verəcəklər. Onlar hara qaçsalar da, həqiqətdən və ədalətin hökmündən canlarını qurtara bilməzlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial