
“Kreml gah nala vurur, gah da mıxa”
Yusif Nəzərli
14:44 15.11.2021
Siyasət
902
Təxminən 30 il müddətində Qarabağ məsələsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu heç bir effektiv addım atmayıb. Ümumiyyətlə, Minsk qrupunun əsas vəzifəsi Ermənistan-Azərbaycan konfliktini nizama salmaq və Dağlıq Qarabağ problemini dinc vasitələrlə həll etmək üçün müvafiq sənəd hazırlamaq, xüsusi Minsk konfransı çağırmaqla bu konflikti birdəfəlik aradan qaldırmaq idi. Lakin sözügedən təşkilat öz missiyasının öhdəsindən gələ bilmədi, bəlkə də gəlmədi.
Buna rəğmən Azərbaycan 44 günlük Vətən savaşında Minsk qrupu, eləcə də BMT nizamnaməsinin şərtlərini icra edərək beynəlxalq hüquq və ədaləti bərpa etdi.
Yəni Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu mənada Minsk qrupu avtomatik “ofsayt”da qaldı. Bir sözlə, Minsk qrupunun fəaliyyəti Qarabağ müharibəsi ilə bərabər bitdi. Buna baxmayaraq bəzi qüvvələr adıçəkilən təşkilata yenidən “nəfəs vermək” istəyirlər.
Amma... Gəlin, “amma”nın davamını sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlidən soruşaq.

Ekspert “Sherg.az”a açıqlamasında söylədi ki, ATƏT-in Minsk qrupu yararsız olduğunu göstərib:
"Tərəflərdən biri işğalçı, digəri isə işğala məruz qalan idi. Minsk qrupunun işğalçını öz adı ilə adlandırmağa cəsarəti çatmadı. ATƏT-in Minsk qrupu həmsədrlərinin yenidən canlanmaları Amerika və Fransanın proseslərə müdaxiləsi ilə əlaqədardır.
Həmsədrlərdən biri olan Rusiya məsələnin həllində iştirak edir, buranı özünün "arxa bağça"sı hesab edir.
Rusiya prezident Vladimir Putin forumda dedi ki, problemləri ikinci tərəfin iştirakı olmadan Moskvanın vasitəçiliyi ilə həll edəcəyik. Kreml gah nala vurur, gah da mıxa. Minsk qrupunun məqsədi Qarabağın dağlıq hissəsində yaşayan separatçıların “status” məsələsinin həll etməkdir. Azərbaycanın maraqlarının əleyhinə hərəkət etmək xristian dünyasının manevridir. İlk növbədə Amerika ilə Fransanın niyyətidir.
İndiyədək Minsk qrupu sülhyaratma işinə töhfə verə bilməyiblər. Ona görə də Azərbaycan bunu qətiyyətlə qəbul etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual