"Krım düyünü" necə açılacaq ? - “Məsələnin sülh yolu ilə həlli yoxdur”
Banuçiçək Kalbalıyeva
12:26 09.12.2020
Siyasət
630
“Ukrayna Krımın itirilməsi ilə barışmadığını və heç vaxt barışmayacağını göstərir”
“Ukrayna faktiki olaraq hərəkətə keçə bilər. Amma nəticəsinin necə olacağı naməlumdur”
“Çünki bu ölkənin ordusu tam komplektləşdirilməyib. Üstəlik, iqtisadi imkanları da çox deyil”
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Rusiya ilə bağlı şok qərar qəbul edib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Rusiyanı hərbi qüvvələrini Krımdan ən qısa müddətdə çıxarmağa və Ukrayna ərazisindəki müvəqqəti işğalına dərhal son qoymağa çağıran bir qərar qəbul edib. Rusiyanın Krımı və Sevastopolu ilhaqını pisləyən qərarda işğalın tanınmadığı, Krımın zorla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu ifadə edilib.
Deməli, Qarabağ “düyün”ünün açılmasından sonra Krım münaqişəsinin həlli gündəmə gəlib. Elə isə eyni ssenarimi təkrarlanacaq, ya məsələ başqa formada həll olunacaq?
Siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında qərarın əhəmiyyətindən danışıb:
“Əlbəttə, bu, Ukraynanın ərazi bütövlüyünün tanınması baxımından müsbət haldır. Biz 1992-ci ildə qəbul edilən bəyanatlardan məhz indi-30 il sonra hüquqi əsas kimi istifadə etdiyimiz kimi, Ukrayna da nə vaxtsa, həmin sənəddən yararlana bilər. İkinci bir tərəfdən məsələ gündəmdə saxlanılır, unudulmur. Ukrayna Krımın itirilməsi ilə barışmadığını və heç vaxt barışmayacağını göstərir.
Lakin onu da deyim ki, bu cür sənədlər ən azı üç ildir ki, ard-arda qəbul olunur. Amma Rusiya ciddiyə almır və rəsmi Kiyevin sadəcə BMT gündəmini məşğul etdiyini bildirir. Yəni Kremlin radikal mövqeyindən məsələnin sülh yolu ilə həllinin olmadığı görünür”.
T.Rzayevin fikrincə, indiki məqamda hərbi əməliyyatların başlanması da ağlabatan deyil:
“Ukrayna faktiki olaraq hərəkətə keçə bilər. Amma nəticəsinin necə olacağı naməlumdur. Çünki bu ölkənin ordusu tam komplektləşdirilməyib. Üstəlik, iqtisadi imkanları da çox deyil. İndi o, həmin problemləri həll etməyə çalışır. Əgər nail olsa, əlbəttə, mübarizəyə başlaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial