
Liderlər bir arada: "Şolts masası"nda nələr baş verdi?
19:38 17.02.2024
Siyasət
635
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Ümumilikdə görüşlə bağlı bir sıra məqamlar diqqət çəkir.
Görüşü “Sherg.az”a şərh edən siyasi şərhçi Turan Rzayev bildirib ki, görüş Almaniya Kansleri Olaf Şoltsun xahişi ilə baş tutub:

"Almaniyanın təşəbbüsü ilə keçirilən görüş Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi kimi xarakterizə edilə bilər. O.Şoltsun görüşə öncədən hazırlandığı açıq şəkildə sezilir. Bunu tərəflərin əyləşdiyi masalara qədər bütün nüanslara diqqət edilməsi də sübut edir. Məsələn, tərəflər üç fərqli masada əyləşsə də masaların ümumi duruşu “bərabərtərəfli üçbucaq” formasındadır. Bu həndəsi nüansla rəsmi Berlin qurulan bu masanın tərəfsiz olduğunu, habelə masa arxasında əyləşənlərin də Berlin nəzərində eyni olduğu mesajı verilir. Görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirak etmədiyi, habelə Almaniyanın burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısı qismində iştirak etməsi də diqqət çəkirdi. Emmanuel Makronun görüşdə iştirak etməməsi, Berlinin Bakının qırmızı cizgilərinə hörmət etdiyini göstərir. Belə ki, Fransanın sərgilədiyi təktərəfli, qərəzli və destruktiv mövqe Bakının Parisin iştirak etdiyi platformalarda iştirakını mümkünsüz edir. Azərbaycan Almaniyanın da qərəzli mövqeyi unutmayıb. Lakin rəsmi Bakı sülhə sadiqdir. Həmçinin Cənubi Qafqazda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına, sülh gündəminin inkişaf etdirilməsinə xidmət edəcək görüşlərdən geri durmur. Bunu da görüşdə iştirak edərək bir daha qeyd etmiş oldu".
Analitik vurğulayıb ki, Almaniya kanslerinin görüşə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması görüşün ümumi atmosferi kimi əldə edilən razılaşmaya da müsbət təsir edib: "Belə ki, görüşdə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi üzrə tapşırıq verilib. Əldə edilən razılıqları ümumi mənada müsbət hesab etmək olar. Təbii ki, qeyd edilən məqamların şifahi olması, yazılı bir sənəddə əksini tapmaması Ermənistanın yayınma cəhdlərini mümkün edir. Lakin bütün hallarda bu görüş Bakının lazımi şərtlər və tərəfsizlik qorunacağı təqdirdə Qərb platformasına qayıtmasının mümkünlüyündən xəbər verir. Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ən azından ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir. Bundan başqa Qərb platformasına qayıdış həm də Rusiyanın sülh prosesində dominantlığının qarşısını almaq baxımından önəmlidir. Təcrübə göstərir ki, Qərb platformalarında əldə edilən razılıqları Kreml də qəbul etməli olur.
Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan faydalanmaq üçün isə ilk növbədə Azərbaycan kimi Ermənistanın da maraqlı olması və prosesi çıxılmaz vəziyyətə salmaması vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya