Lukaşeviçdən XƏBƏRDARLIQ:“Rusiya hərəkətə keçəcək”
Yusif Nəzərli
09:25 14.01.2022
Siyasət
1274
Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib ki, Rusiya Qərb ölkələrindən təhlükəsizlik tələblərinə “konstruktiv cavab” almazsa, milli təhlükəsizliyini müdafiə etmək üçün hərəkətə keçəcək.
"Sherg.az" "Cumhuriyyet"ə istinadən bildirir ki, A.Lukaşeviç xəbərdarlıq edib:
“Təkliflərimizə ağlabatan müddətdə konstruktiv cavab almasaq və Rusiyaya qarşı aqressiv davranış davam edərsə, strateji tarazlığı bərpa etmək və milli təhlükəsizliyimizə görə qəbuledilməz təhdidləri aradan qaldırmaq üçün lazımi tədbirlər görəcəyik”.
Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın RTVI kanalına müsahibəsində Rusiya, ABŞ və NATO arasında təhlükəsizlik təminatları ilə bağlı danışıqlara dair qiymətləndirmələr edib. Qərb diplomatlarının yalnız öz maraqlarına aid olan təhlükəsizlik məsələlərini müzakirə etmək istədiyini vurğulayıb.
O, ABŞ və müttəfiqlərinin Rusiyanın təkliflərindəki ən əsas məsələlərə etiraz etdiyini açıqlayıb:
"Onlar NATO-nun genişlənməsi ilə müqayisədə daha az əhəmiyyət kəsb edən mövzularda əlavə danışıqlar aparmağa razıdırlar. Zənnimcə, təhlükəsizlik ilə bağlı danışıqların yeni mərhələsinin keçirilməsinə ehtiyac yoxdur. Çünki fikir ayrılıqları var. Bu o deməkdir ki, bu səbəbdən danışıqlar dalana dirənib”.
Rusiyanın tələblərinə məhəl qoymayacağı təqdirdə ABŞ və NATO-nun fərqli “tədbir və üsullar” sınayacaqlarına işarə edən Ryabkov tərəflər arasında danışıqların müxtəlif kanallarla davam etdiriləcəyini qeyd edib.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət