Medvedev: “Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edilə bilər”
Medvedev: “Rusiyanı qorumaq üçün nüvə silahından istifadə edilə bilər”
Yusif Nəzərli
11:05 22.09.2022
Siyasət
588
“Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından istifadə edə bilər”.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi müraciətində elan etdiyi əsas qərarları özünün “Telegram” kanalında şərh edərkən yazıb.
O, birləşmiş bütün ərazilərin mühafizəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcəyini vurğulayıb.
“Rusiya bu cür müdafiə üçün təkcə səfərbərlik imkanlarından deyil, həm də özünün istənilən silahından, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə oluna biləcəyini açıqlayıb”, - deyə Medvedev əlavə edib.
O, NATO generallarının hədələrini də cavablandırıb.
“Hipersəs raketlərinin Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çatmasına zəmanət verilir”, - deyə o bildirib.
Medvedev yekunda qeyd edib ki, Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları Rusiyanın öz yolunu seçdiyini və artıq geriyə yol olmadığını başa düşməlidirlər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də ərazi bütövlüyü təhlükə altına düşəcəyi təqdirdə Moskvanın bütün mümkün vasitələrdən istifadə edəcəyini deyərək, bunun blef olmadığını vurğulayıb və ölkəni nüvə silahı ilə şantaj etməyə çalışanlara “küləyin istiqamətinin onlara tərəf dəyişə biləcəyi” ilə bağlı xəbərdarlıq edib. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün növ silahların, o cümlədən nüvə triadasının onlara verilən tapşırıqları yerinə yetirdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm