Milli Məclis sədrinin İran səfərindən xatirə "qalmaqal"lar
04:05 10.08.2021
Siyasət
883
"Baş örtüyü" və bayraq məsələsi rəsmi protokollarla müəyyənləşir
"Artıq bir neçə gündür ki, ölkə gündəmini Milli Məclisin sədri Sahibə xanım Qafarovanın İran Prezidenti ilə görüşündə bayrağımızın olmamasından ucuz şou düzəldənlərin əsassız ittihamları zəbt edib. Sosial şəbəkələrdə və əlləri çatan digər internet resurslarında populist bayraq və vətən sevgisi ilə bağlı fikirləri sadə vətəndaşlarımızın da yanlış düşünməsinə səbəb olub. Əslində isə bu cür absurd fikir sahiblərinin bu cəhdləri Azərbaycanın və onun mövqelərinin ziddinə yönəlib".
Bu sözləri "Şərq"ə açıqlamasında “Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib. O qeyd edib ki, ilk öncə nəzərə almaq lazımdır ki, hər bir dövlətin özünün daxili qanunları vardır və onun ərazisində bütün şəxslər, o cümlədən də digər dövlətlərin rəsmiləri bu qanunlara əməl etməlidirlər:
"Bu, Azərbaycanda da belədir və istənilən digər dövlətin rəsmisi ölkəmizə səfər edərkən bu qanunlara əməl edir. Nə qədər dünyəvi dövlət olsaq belə, yenə də ola bilər ki, bizdə qüvvədə olan hansısa qanun digər ölkə rəsmisi üçün təəccüblü olsun. Ancaq o bizim ölkədə olarkən buna mütləq əməl etməlidir. Teokratik dövlətlərdə, o cümlədən də cənub qonşumuz olan İran İslam Respublikasında dünyəvi ölkələr üçün fərqli qaydaların olması mümkündür. Ancaq bunun bayraq məsələsinə aidiyyəti yoxdur. Əvvəlcə başlayaq bayraq məsələsindən. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (2004), “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” (2008) qanunlarımız olduğu kimi, digər dövlətlərin də analoji qanunvericilik aktları vardır. Bununla yanaşı beynəlxalq müstəvidə ümumi qəbul olunan protokol qaydaları da mövcuddur ki, bir ölkənin başçısı digər dövlətin başçısı ilə görüşərkən hər iki dövlətin bayrağı istifadə edilir. Ancaq bir dövlət başçısı digər ölkənin başqa rəsmilərini qəbul edərkən görüş zalında əsasən yalnız ev sahibi olan dövlətin bayrağı qoyulur. Bunun həmin dövlətlərin kiçikliyinə və ya böyüklüyünə heç bir aidiyyəti yoxdur. Bununla bağlı başqa rəsmi görüşlərə dair də çoxsaylı şəkillər vardır. O ki qaldı baş örtüyü məsələsinə, bu, konkret olaraq İran dövlətinin islam ənənələrinə dair qaydasıdır ki, digər dövlətdən olan xanımlar bu tələbə riayət etməlidir. Bu tələb təkcə Azərbaycan rəsmisinə aid deyil. Rusiya Federasiyası Dövlət Dumasının sədri Matviyenko da İran Prezidenti ilə görüşü zamanı bu qaydaya əməl edib. Onu da qeyd edim ki, Roma Papası ilə görüşdə də bu tələb var və ABŞ Prezidenti Donald Tramp Papa ilə görüşərkən həyat yoldaşı Melanya Tramp da baş örtüyündən istifadə edib".
Politoloq qeyd edib ki, bu kimi əsassız və absurd fikirlər Azərbaycan dövlətinin regionda və dünyada artmaqda olan mövqeyinə heç bir xələl gətirə bilməz:
"Azərbaycan 44 günlük Vətən müharibəsində və ondan sonra atdığı möhtəşəm addımları ilə bir daha sübut etdi ki, o, bütün dünya dövlətləri və təşkilatları ilə münasibətlərində yalnız bərabər hüquqlu tərəfdaş kimi iştirak edir. Azərbaycan haqlı olduğu qədər də güclüdür və onunla heç bir dövlət və beynəlxalq hüququn digər bir subyekti güc dilində danışa bilməz. Bunu dövlət və xalq olaraq biz Ermənistanın və onun havadarlarının timsalında bütün dünyaya sübut etdik. Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət heç vaxt xalqımıza və dövlətimizə qarşı hörmətsizlik edilməsinə imkan verməz və bu kimi cəhdləri cavabsız qoymaz!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm