Mirzoyan ərəb ölkələrində “dost” axtarışına çıxıb
Yusif Nəzərli
02:20 10.03.2023
Siyasət
636
Diplomatiyamız fəallığı artırmalı, qonşu ölkənin manevr imkanlarını məhdudlaşdırmalıdır
"Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında iştirak edib. Ararat Mirzoyan ərəb dövlətlərinin nazirləri qarşısında Azərbaycan əleyhinə çıxış edib". Bu barədə "Atlas" Araşdırmalar Mərkzənin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Mirozyan Ermənistanın müsəlman aləmi ilə sıx əlaqələrindən danışıb: "Ərəb nazirlərdən biri ona sual verməyib ki, Ermənistan islam dininə bu qədər hörmət edirsə, Qarabağdakı məscidləri niyə dağıdıb? Başqa suallar da aktualdır.
Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısına xristian Ermənistan dəvət olunduğu halda müsəlman Azərbaycan niyə dəvət olunmayıb?
Axı ərəb dövlətləri arasında Azərbaycanı dost və tərəfdaş adlandıranlar az deyil. Məsələn, Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısı 2022-ci ilin noyabrın 1-də Əlcəzairdə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etmişdi. Dövlət başçısı İlham Əliyev zirvə toplantısındakı çıxışında Ermənistanın içğalçı siyasəti barədə məlumat vermişdi".
E.Şahinoğlu diqqətə çatdırıb ki, Misir ev yiyəsi kimi Ararat Mirzoyanı toplantıya dəvət etdiyi halda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu dəvət etməyib:
"Axı Misirin Prezidenti Əbdülfəttah Əs-Sisi yanvar ayının sonunda Azərbaycana səfər etmişdi. Doğrudur, XİN başçısı Ceyhun Bayramov fevralın 12-də Qahirəyə işgüzar səfər edib və orada Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Ancaq Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısında iştirak da vacibdir. Azərbaycanla Ermənistan arasında informasiya savaşı da gedir. Ermənistan harda mümkündür Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır.
Diplomatiyamız fəallığı artırmalı, qonşu ölkənin manevr imkanlarını məhdudlaşdırmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol