Moskva və Ankara birgə işləmə vərdişinə yiyələnib
Yusif Nəzərli
23:28 29.12.2022
Siyasət
585
Suriyada da çözüm olacaq
Ötən gün Moskvada Rusiya-Türkiyə-Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə adları çəkilən ölkələrin kəşfiyyat rəhbərləri də iştirak ediblər. Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, həmkarları ilə üçtərəfli görüşdə Suriya və regiondakı durumun ən qısa müddətdə müsbət istiqamətdə inkişaf etməsi, sülhün, sabitliyin təmin olunması üçün hansı addımların atılmasının lazım olduğu müzakirə edilib. Bildirib ki, Moskvada keçirilən görüşdə məsələ ilə bağlı Türkiyənin mövqeyi ortaya qoyulub. Akarın sözlərinə görə, iclasda müzakirə edilən ən əsas məsələlərdən biri terrorla mübarizə olub: "Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə, suverenliyinə hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu və başqa bir məqsədimizin olmadığını bildirdik. Suriya üçün təhdid olan PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyimizi ifadə etdik. Ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyi üçün səy göstərdiyimizi söylədik". Türkiyənin milli müdafiə naziri həmçinin deyib ki, qarşıdakı günlərdə həyata keçiriləcək addımlar regionda, Suriyada sülhün və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər: "Üçtərəfli müzakirələrin davam etməsi ilə bağlı razılığa gəldik. Arzumuz ən qısa müddətdə regionda sülhün və sabitliyin təmin olunmasıdır. Bunun üçün bu günə qədər elədiyimiz kimi bundan sonra da öhdəliyimizə düşəni yerinə yetirəcəyik". Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Suriya arasında danışıqlar terrorla mübarizəyə əngəl deyil. Nazirin sözlərinə görə, ABŞ və bəzi Avropa ölkələri görüşlərə qarşıdır. PKK/YPG-ni dəstəkləyənlər dialoqa qarşıdır”. O, Suriya ilə ikinci təmasın nə zaman olacağı barədə suala da cavab verib: "Xarici işlər naziri arasında təmaslar üçün yanvar erkən bir tarixdir”.
Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, Türkiyə ilə Rusiyanın maraqları fərqli olsa da, bəzən münasibətləri konflikt həddinə gəlsə də, Ankara düşünür ki, Moskva ilə bir sıra sahələrdə əməkdaşlıq mümkündür. Analitik xatırladıb ki, Suriya, Liviya, Aralıq dənizi və Qarabağ məsələlərində Türkiyə-Rusiya əməkdaşlığı müəyyən nəticələr verib: "Moskva ilə Ankara birgə işləmə vərdişlərinə yiyələnib. Türkiyə indiki məqamda çalışır ki, Suriya hökuməti ilə əlaqələri bərpa etsin və bu sayədə Qərbin bölgədə "PKK dövləti" yaratmaq missiyası iflasa uğrayacaq. Hazırda bölgədə parçalanmış vəziyyətdən istifadə edən Qərb Yaxın Şərqdə öz qalıcı maraqlarını təmin etməyə çalışır. Məhz buna görə Çavuşoğlunun dediyi kimi, ABŞ və Avropa ölkələri Türkiyə-Suriya dialoqundan narahat olurlar. Ancaq Türkiyə, o cümlədən Rusiya və rəsmi Dəməşq ortaq məxrəcə gələrək Suriyanın ərazi bütövlüyünü təmin edə bilsələr, heç bir terrorçu "dövlət" qurulmayacaq. Ankara-Dəməşq arasında dialoq hələ istənilən səviyyədə deyil, ancaq yaxın dönəmdə inkişaf edə bilər. Maraqlı məqam odur ki, Hulusi Akar Suriya hökuməti ilə görüşlərin antiterror əməliyyatlarına mane olmayacağını deyib. Bu da ondan xəbər verir ki, Ankara təmasların perspektivinə ümid edib hərbi əməliyyatları saxlamayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət