NATO Rusiyanın sərhədlərində varlığını gücləndirir
Yusif Nəzərli
20:25 20.10.2021
Siyasət
588
Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə hərbi-siyasi mübarizənin şiddətlənəcəyi gözlənilir
Rusiyanın NATO-dakı nümayəndəliyinin və NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti dayandırılacaq. İnformasiya mənbələrində qeyd olunur ki, rəsmi Moskva bu qərarı Şimali Atlantika Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyi əməkdaşının akkreditasiyasının geri çağırılması ilə əlaqədar addımına cavab olaraq verib. Ekspertlər isə qeyd edirlər ki, bu qarşılıqlı addımlar – həmlələr, əslində, birbaşa ABŞ-Rusiya münasibətlərində siyasi gərginliyin növbəti fazasıdır. Hətta bu dinamikanı “İkinci soyuq müharibə” kimi səciyyələndirənlər də var.
Mövzu ilə bağlı açıqlama verən politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, yaxın dönəmin siyasi mənzərəsini analiz etdikdə Vaşinqton-Moskva münasibətləri 2014-cü ildən etibarən "İkinci soyuq müharibə" mərhələsinə qədəm qoyub:
"2018-ci ildən isə hər iki ölkə qarşı tərəfin bir sıra siyasi xadimləri və biznesmenlərini daxil etdiyi "qara siyahı" tərtib edib. Beləliklə, tərəflər arasında siyasi konfrontasiya elementlərini təşkil edən bu hallar münasibətlərdə yaxınlaşmanın qarşısını alan, gərginliyi artıran faktorlardan birinə çevrilib. Ötən müddət ərzində, həmçinin bəhs olunan güc mərkəzlərinin qlobal strateji rəqabətində yeni situasiya formalaşıb. Bu, tərəflərin bir-birini müəyyən geoiqtisadi və geosiyasi güzəştlərə məcbur etmək cəhdi ilə müşahidə olunur. Ekspertlərin qənaətinə əsasən, Qərb blokunun Rusiyaya yönəlik aqressiv və geosiyasi pressinq xarakterli strateji addımlarına Moskvanın cavab həmlələri kəskin - gərgin strateji rəqabətin və mübarizənin ifadəsidir. Bu, əsas etibarilə, tərəflərin ənənəvi təsir dairələrində - zonalarında mövqelərinin qorunması savaşıdır".
N.Qələndərli vurğulayıb ki, yeni mərhələdə Birləşmiş Ştatların Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi və NATO-nun gücləndirilməsi cəhdləri də Rusiya tərəfindən diqqətlə izlənilir və yeni proseslərə təkan verir:
"Rusiyanın sərhədlərində NATO-nun varlığının artırılması, bu alyansın mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların fonunda Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə hərbi-siyasi mübarizənin şiddətlənəcəyi gözlənilir. Paralel olaraq Rusiya-Çin geoiqtisadi işbirliyinə qarşı ABŞ-Avropa İttifaqı iqtisadi-enerji əməkdaşlıq platformasının şaxələndiriləcəyi də proqnozlaşdırılır. Əlbəttə, iki ölkənin rəsmiləri bəzi məsələlər ətrafında dialoq platformasının yaradılması barədə müəyyən fikirlər səsləndirsələr də, kəskin mübarizə şəraitində əməkdaşlıq, yaxud qarşılıqlı inteqrasiyanın sabit prosesə çevrilməsi gözlənilmir. Həmçinin NATO-Rusiya gərginliyi fonunda silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi məsələsində də müəyyən suallar yaranır. Görünən odur ki, bu problem üzrə razılaşmaların qısa müddətdə əldə edilməsi real deyil. Bütövlükdə isə “İkinci soyuq müharibə” adlandırılan prosesin hansı hərbi-siyasi və geoiqtisadi nəticələr doğuracağını zaman göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət