Nazirlər vəziyyəti dəyərləndirib
Turan
03:17 19.08.2021
Siyasət
763
Düşmənin istənilən təxribatının qarşısı Azərbaycan-Türkiyə birliyi tərəfindən qətiyyətlə dəf ediləcək
“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Həmçinin, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Nazirlərin məhz indiki məqamda, gərgin proseslərin yaşandığı günlərdə bir araya gəlməsi ilə bağlı “Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Ermənistan kapitulyasiya sənədinə imza ataraq məğlubiyyətini qəbul etsə də, son dövrlər bölgədə yeni təhdidlərin şahidi oluruq. Analitik vurğulayıb ki, məntiqlə məğlub tərəf özünü sakit, çəkingən aparmalıdır. Amma İrəvan hökuməti tamam fərqli davranış sərgiləyir:
“Erməni tərəfi hər gün təxribatlara əl atır, sərhəddə gərginlik yaradır, müzakirələrin gedişatını pozur. Eyni zamanda diplomatik yollarla, bir sıra xarici ölkələrin və qurumların əliylə Azərbaycana təzyiq göstərməyə çalışır. Əlbəttə, bu, boş yerə deyil və sadəcə, Ermənistanın başının altından çıxan məsələ kimi görünməməlidir. Burada xarici qüvvələrin əlləri və rolları açıq sezilir. Təsadüfi deyil ki, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Prezident İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq etdi. Ondan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi sərt bəyanat yaydı. Hamıya məlumdur ki, Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığı genişmiqyaslıdır. Son dövrlər atılan addımlarla qardaş ölkə ilə hərbi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub. Bu əməkdaşlıq kimlərsə üçün təhdid kimi görünə bilər. Amma bu, zərurətdən doğan yaxınlıq və əlaqələrimizin daha da genişləndirilməsidir. Çünki Ermənistan daim özgə qüvvələrin əlində alətə çevrilərək bölgədə gərginlik yaratmaq niyyətindən əl çəkmir. İndi də eyni siyasəti həyata keçirir və xalqını dirçəltmək, ölkəni inkişaf etdirmək əvəzinə növbəti provakasiyalara əl atır”.
Siyasi şərhçiyə görə, bölgədə sabitliyin qorunmasının, etibarlı regiona çevrilməsinin qarantı Azərbaycan-Türkiyə tandemidir:
“Rahatlanmaq yeni hazırlıqlar görürlər. Təbii ki, düşmənin istənilən təxribatının qarşısı Azərbaycan-Türkiyə birliyi tərəfindən qətiyyətlə dəf ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya