Netanyahunun özü xaosdan asılı vəziyyətə düşüb - GÜNDƏM
09:14 08.08.2025
Siyasət
332
Müharibə bitəndən sonra onun həbsi tələb olunacaq. Bunu baş nazir özü də başa düşür
İsrailin Baş naziri Binyamin Netanyahu barədə Hindistanın ingilisdilli “CNN-News18” nəşrinə müsahibəsində deyib ki, rəsmi Təl-Əvivin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirib. Netanyahu vurğulayıb ki, İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır. O, həmçinin İsrailin hazırkı münaqişədə əsas məqsədlərini təsdiqləyib: HƏMAS-ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz azad edilməsi.
İsrail Baş nazirinin sözlərinə görə, hərəkat üzvləri silahlarını yerə qoysa və oğurlananların hamısını azad etsə, döyüşlər tez bitə bilər.
Məlum olduğu kimi, daha əvvəl “Ynet” Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin Qəzza zolağının tam işğalına keçid planlarını təsdiqləməyə hazırlaşdığını bildirmişdi.
Netanyahunun səsləndirdiyi fikirlərdə diqqətçəkən bir neçə məqam var. Bunlardan birincisi onun Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını deməsidir. Fikrimcə, Netanyahu Qəzza zolağı ilə bağlı əvvəlki açıqlamasının səhv olduğunu və bunun rəsmi Təl- Əvivə qarşı təzyiqlərin artmasına səbəb olacağını anlayıb. Ona görə də sözünü dəyişdi.
İkinci bir tərəfdən, İsrailin Qəzza zolağını tam tutması o qədər də asan məsələ deyil. İsrailin buna hərbi, texniki cəhətdən imkanı çatsa da, sözügedən addım çox ciddi beynəlxalq müqavimətlə qarşılaşacaq. Avropa dövlətlərinin ard- arda Fələstini dövlətini tanımaqla bağlı səsləndirdikləri bəayanatlar da göstərir ki, beynəlxalq ictimaiyyətin Təl- Əvivlə bağlı mövqeyi getdikcə pisləşir.
Odur ki, İsrail də daha ehtiyatlı addımlar atmağa məcburdur.
Bundan başqa, Netanyahunun Qəzzanı tamamilə tutmaqla bağlı ambisiyasını açıq şəkildə səsləndirməsi siyasi səhv kimi də qiymətləndirilə bilər. İsrail gələcəkdə Qəzzaya tam nəzarəti təmin edib, bunu başqa cür əsaslandıra da bilər.
Diqqətçəkən başqa bir məqam Netanyahunun Qəzzanın idarəolunmasını keçid idarəetmə orqanına verməyi planlaşdırdığını deməsidir. Baş nazirin dedikləri əslində İsrailin Qəzzada nəzarəti təmin etməklə ambisiyalarının təzahürüdür. Aydın məsələdir ki, perspektivdə yaradılacaq keçid idarəetmə orqanı rəsmi Təl- Əvivdən asılı olacaq və onun maraqlarına xidmət edəcək. Bu isə o deməkdir ki, Netanyahu Qəzza ilə bağlı ən pis halda muxtariyyət düşünür.
Onun dediklərindən belə məlum olur ki, İsrailin HƏMAS-la bağlı planları dəyişməyib. Belə ki, Netanyahu müharibənin əvvəlində olduğu kimi hələ də HƏMAS-ı tamamilə məhv etmək iddiasındadır. Bu o deməkdir ki, Netanyahunu savaşı davam etdirməkdə maraqlıdır.
Məsələ burasındadır ki, HƏMAS-ı asanlıqla və yaxın müddətdə məhv etmək mümkün deyil. Üstəlik, nəzərə almaq lazımdır ki, HƏMAS sadəcə təşkilat deyil, həm də ideologiyadır. Bu isə o deməkdir ki, HƏMAS-ın tamamilə məhv olması üçün yüzillər lazımdır.
Ümumiyyətlə, Yaxın Şərqdə “sular yaxın zamanda durulmayacaq”. İsrail hakimiyyəti, həmçinin Netanyahunun özü xeyli dərəcədə xaosdan asılı vəziyyətə düşüb. Müharibə bitəndən sonra Netanyahunun həbsi tələb olunacaq, ən yaxşı halda isə o, iqtidarı ilə sağollaşmalı olacaq. Bunu baş nazir özü də başa düşür. Odur ki, xaoun səngiməsinə imkan vermir. Yəqin ki, Yaxın Şərqdə hələ uzun müddət “gün doğmayacaq”.
Kənan Novruzov
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə