Niderland parlamentindən məkrli çağırış: “Bu təşəbbüs onları zəiflədəcək və...”
Banuçiçək Kalbalıyeva
10:15 09.12.2020
Siyasət
762
“Bu, erməni diasporunun təsiri ilə korrupsiyaya bulaşmış Qərb siyasətçilərinin fəaliyyətinin nəticəsidir”
“Qərb gələcəkdə böyük problemlərlə üzləşəcək”
Qırx dörd günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabr bəyanatından sonra bir sıra Avropa ölkələrində “narahatlıq” müşahidə olunur. Fransa başda olmaqla bəzi Qərb dairələrində anti-türk, islomofob meyillər özünü göstərir. Eləcə də Niderland parlamentində. Belə ki, müharibənin başa çatmasından sonrakı ilk günlərdə parlamentin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb.
Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. cəfəng çağırışlar edən bu layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış partiyası), Joel Voordevind (Xristian İttifaqı partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdırlar.
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında bu məsələyə münasibət bildirib:
“Bəli, indi ən narahatedici məqam bəzi Avropa ölkələrində belə meyillərin artmasıdır. Bu, erməni diasporunun təsiri ilə korrupsiyaya bulaşmış Qərb siyasətçilərinin fəaliyyətinin nəticəsidir. Biz dediyim məsələnin bariz təzahürünü Fransada gördük. Onlar bəyan etdikləri Avropa dəyərlərinə zidd davranırlar. Amma fikrimcə, belə təşəbbüslər onları zəiflədəcək və Qərb gələcəkdə böyük problemlərlə üzləşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial