
Orban və Əliyev arasında şəxsi münasibətlər iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verə bilər -ANALİZ
13:50 20.05.2025
Siyasət
323
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gəlib.
Paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.
Millət vəkili Naqif Həmzəyev Sherg.az-a bildirib ki, xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu kontekstində Orta Dəhliz kimi layihələrin inkışafı, Cənubi Qafqazda sülh prossesi və regional əməkdaşlıq prespektivləri kimi məsələlər mövcuddur:

"Azərbaycan və Macarıstan arasındakı bu yüksək səviyyəli görüş ikitərəfli münasibətlərin inkişafına bir sıra istiqamətlərdə müsbət təsir göstərə bilər. İki ölkə arasında mövcud olan strateji münasibətlərin daha da möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi vacibdir".
Millət vəkili vurğulayıb ki, bundan başqa məsələlərin müzakirə olunması da mümkündür:
"Azərbaycan qazının Macarıstana və Avropaya ixracı, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi perspektivləri kimi məsələlər də var. İnvestisiya imkanları, birgə layihələr, ticarət əlaqələrinin genişləndirilməsi yolları, Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlıq, Azərbaycanın tranzit potensialından Macarıstanın faydalanması imkanları hər biri müzakirə məsələləridir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində Macarıstanın dəstəyi, tərəfdaşlıq sazişi ilə bağlı məsələlər, Azərbaycan-Ermənistan sülh prosesi, regionda baş verən geosiyasi dəyişikliklər və təhlükəsizlik məsələləri bu görüşdə müzakirə olunacaq məsələlərdəndir. Təhsil, mədəniyyət və turizm sahəsində əlaqələrin genişləndirilməsi lazımdır. Viktor Orban və İlham Əliyev arasında şəxsi münasibətlər də iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verə bilər, çünki hər iki lider beynəlxalq arenada müstəqil siyasət yeritməyə üstünlük verən dövlət başçıları kimi tanınır".
Fidan Fərhad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region
Təbriz bombardman edildi - Ölənlər var
11:24 23.03.2026
Gündəm