
Oskanyan Avropada qapılar gəzir -ŞƏRH
Yusif Nəzərli
12:20 16.03.2024
Siyasət
445
O, qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır
“Paşinyan da “Qarabağ erməniləri”ni Bakı ilə sülh danışıqlarında istifadə etmək üçün rıçaq olaraq saxlayır”
Qarabağ iddiasından əl çəkməyən separatçılar bu ilin yanvar ayında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır. Komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın hazırda Avropada görüşlər keçirdiyi haqda məlumatlar var.
Erməni mənbələr Oskanyanın son günlər ərzində 16 görüş keçirdiyini yazır. Əsas diqqətçəkən məqam onun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşü haqda məlumatın olmasıdır.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Komitənin iki əsas hədəfi var. Bu da beynəlxalq mandat almaq və Qarabağın erməni əhalisi”nin hüquqları adı altında Azərbaycana qarşı iddialara beynəlxalq müstəvidə dəstək əldə etməkdir. Ekspertin sözlərinə görə, komitədə təkcə separatçıların yox, beynəlxalq təşkilatların nümayəndələrinin təmsil olunmasını və qondarma “artsax” ideyasını beynəlmiləl hərəkata çevirməyi düşünürlər:

"İstisna deyil ki, Qərbdə erməni lobbisi və Cənubi Qafqazda maraqları olan ölkələr qondarma komitəyə dəstək verəcəklər. Bu, Qarabağdakı vəziyyətə praktiki olaraq təsir etməsə də, maraqlı qüvvələrin əlində Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edilə bilər. Oskanyan komitəni Avropada qəbul etdirə bilsə, Paşinyan hakimiyyətinin də bu ideyaya dəstək verəcəyi gözləniləndir. Ermənistan hakimiyyəti kənarda qalarsa, “Qarabağın erməni əhalisinin hüquqları” üzərindən apardığı siyasətə alternativ yaranacaq. Bu, həm daxildə, həm də erməni diasporu - lobbisi cəbhəsində əleyhinə işləyə bilər. Paşinyan “Qarabağ erməniləri”ni hələ də Bakı ilə sülh danışıqlarında lazım olanda istifadə etmək üçün rıçaq olaraq saxlayır. Xüsusilə Qərbi azərbaycanlıların qayıdışına qarşı. Bu komitənin Avropadakı fəaliyyətinə diqqət etmək, kimlərlə görüşdüyü, hansı təşkilatlardan yardım istədiyini izləmək lazımdır. Ermənistan hakimiyyəti Qarabağla bağlı bu və ya digər formada separatizm fəaliyyətinin davam etməsinə qarşı təsirli addım atmayacağı təqdirdə, Qərbi Azərbaycan məsələsini azərbaycanlıların qayıdışı mərhələsini irəliyə daşımaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə