Parlamentari: Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişafdadır
09:58 02.11.2025
Siyasət
513
Tarixi, mədəni və coğrafi yaxınlıq prioritetdir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Görüş zamanı nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar aspektlərini müzakirə edib, həmçinin əsas regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlığın möhkəm əsasını təşkil edir.
Görüşdə regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.
Gürcüstanla Azərbaycan arasındakı strateji əməkdaşlığı dəyərləndirən millət vəkili Şahin Seyidzadə Sherg.az-a açıqlamasında Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında qurulmuş dostluq və strateji tərəfdaşlıq münasibətləri regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:
"Tarixi, mədəni və coğrafi yaxınlıq bu iki xalq arasında möhkəm əlaqələrin formalaşmasına zəmin yaradıb. Müstəqillik illərindən bəri Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq ardıcıl olaraq genişlənməkdədir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədə aparılır. Müxtəlif səviyyələrdə keçirilən qarşılıqlı səfərlər və görüşlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini dəstəkləyir və ortaq maraqları müdafiə edirlər".
Ş.Seyidzadə bildirib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda mühüm geosiyasi mövqe tutan ölkələr olaraq bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayırlar:
"Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və strateji əməkdaşlıq çərçivəsində enerji, nəqliyyat və iqtisadi layihələrdə sıx əməkdaşlıq edirlər. Əməkdaşlığın mühüm sahələrindən biri enerji və nəqliyyat sektorudur. Bakı-Tbilisi-Ceyhan neftkəməri, Bakı-Tbilisi-Ərzurum qazkəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bu tərəfdaşlığın uğurlu nümunələridir. Hər üç layihə yalnız Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır və Avropa ilə Asiya arasında körpü rolunu oynayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol