
Paşinyan aksiyaçılara qarşı necə davranacaq? - AÇIQLAMA
07:33 21.06.2024
Siyasət
390
Baqrat Qalstanyanı həbs etmək, kilsəni nüfuzdan salmaq kimi cəza tədbirləri olmayacaq “Ona görə ki, kilsəyə qarşı bu cür davranış erməni cəmiyyətində əks reaksiya doğura bilər”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxaraq erməniləri itatətsizlik aksiyasına çağıran keşiş Baqrat Qalstanyanı cəzalandırmaq qərarına gəlib. Belə ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında erməni kilsəsinin vergiyə cəlb edilməsi ilə bağlı fəal müzakirələr gedir.
Revanşist “Vətən naminə Tavuş” hərəkatının liderinin fəaliyyətinin yoxlanılması və kilsənin vergiyə cəlb olunması təklifi Baş nazir Nikol Paşinyandan gəlib. Qeyd olunur ki, təklif edilən qanun layihəsinə görə, kilsə vergiyə cəlb olunmalı, qanunsuz mənimsənilmiş pullar qaytarılmalı və şəffaflıq təmin edilməlidir.
B.Qalstanyan isə ittihamları qəbul etmədini bəyan edib. Arxiyepiskop keçirdiyi mətbuat konfransında işgəncədən, həbsdən, hətta ölümdən də qorxmadığını qeyd edib: “Mənə məlumat gəldi ki, onlar nəsə öyrənirlər. Getahovitdə 2020-ci ildə böyük, tamamilə dağıdılmış ərazi var idi, biz xərçəngli uşaqlar üçün mənəvi reabilitasiya mərkəzinin tikintisinə başladıq. Vəsait ayrıldı, mərkəz tikildi, açılışı oldu. 660 min avro transfer edilib. Orada iki bina var, artıq üçüncü binanı da əlavə etmişik. Biz pulu israf etmədik, hətta bütün tikintini başa çatdırmaq üçün bu məbləğə bir neçə yüz min əlavə etdik. Həmin vaxt məzənnədə kəskin dəyişiklik olduğundan çox böyük itkilər verdik. Mərkəzin özü pulsuzdur. Qoy hər şeyi öyrənsinlər və utansınlar".
Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə mayın 4-dən Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər. Kirants kəndindən başlayan etirazlar sonrakı müddətdə paytaxt İrəvanın mərkəzi küçələrində, o cümlədən "Respublika meydanı"nda davam etdirilib.
Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, istənilən hakimiyyət, o cümlədən də Ermənistandakı siyasi rejim ona qarşı çıxan qüvvələri cəzalandırmaq üçün müəyyən addımlara əl atır:

“Əks halda cəzasızlıq mühitinin uzun müddətdə hökm sürməsi həm aksiya iştirakçılarını həvəsləndirir, həm də Paşinyana qarşı olan digər müxalif qüvvələri də ona qarşı birləşməyə sövq edə bilər. Bu mənada Paşinyanın Baqrata, onun arxasında duran kilsəyə və Rusiyapərəst qüvvələrə qarşı hansısa həmlələri olmalıdır. Lakin indiki şəraitdə Paşinyanın aksiyaçılara qarşı sərt addım atmasını ehtimal etmirəm. Hansısa maddə ilə Baqrat Qalstanyanı həbs etmək, kilsəni nüfuzdan salmaq kimi cəza tədbirləri olmayacaq. Ona görə ki, kilsəyə qarşı bu cür davranış erməni cəmiyyətində əks reaksiya doğura bilər. Nikol Paşinyan da bunun fərqindədir. Hətta onu da deyərdim ki, Baqratın hökumətə müxalif fiqur olaraq göz önündə olması hazırkı situasiyada Paşinyana lazımdır. Baqratın aksiyaları bir növ Ermənistanda yeni siyasi liderin, müxalif qüvvələrin yetişməsinin qarşısını alır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 7 baldan yuxarı zəlzələ olacaq - Akbayram
22:29 11.04.2026
Region
KİV: ABŞ İran danışıqlarında həddindən artıq tələblər irəli sürür
22:16 11.04.2026
Gündəm
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
22:00 11.04.2026
Hadisə
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
21:35 11.04.2026
Hadisə
Boğazında yemək qalan şagird "Heimlich" manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə