Paşinyan: Azərbaycan və Gürcüstanla sərhədin demarkasiyasına son qoyacağıq

“Gündəmimizdə Gürcüstanla sərhədimizin demarkasiyasının yekunlaşdırılması da var, artıq gürcü tərəfdaşlarımızla bu barədə razılığa gəlmişik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstanla demarkasiya Ermənistan sərhədlərinin tam müəyyənləşdirilməsi prosesinə son qoyacaq:

“Bundan sonra dövlətimiz beynəlxalq səviyyədə tanınmış ərazisində inkişaf gündəliyinə daha inamla diqqət yetirmək imkanı əldə edəcək”, - Paşinyan əlavə edib.