"Hər halda Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişinin imzalanmasına pozitiv yanaşdığını hər imkanda qabarıq şəkildə vurğulamağa çalışır. Sülh sazişi ilə bağlı Azərbaycanın Ermənistan konstitusiyasına iradları haqlı və konkret xarakter daşıyır. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı birbaşa ərazi iddiaları irəli sürən müddəalar yer alır. Bu həm beynəlxalq hüquq normalarına, həm də dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir. Deməli, rəsmi İrəvan siyasi manipulyasiyaları bir kənara buraxıb, birbaşa Ermənistan konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq barədə düşünməlidir. Əks halda, bundan ən çox ziyan çəkən tərəf yalnız Ermənistan olacaq. Yekun sülh sazişinin imzalanmasında əsas məqsəd Azərbaycan və Ermənistan arasında düşmənçiliyi yekunlaşdırıb, normal dövlətlərarası münasibətlərin qurulmasına yol açmaqdır. Rəsmi Bakı isə Azərbaycana qarşı düşmənçilikdən imtina etməyib, onu öz ali qanunvericiliyində qorumağa çalışan Ermənistan ilə sülh sazişi imzalayacaq qədər sadəlövh deyil".
Paşinyan bir aya sülhü imzalamağa hazırdır
21:46 13.06.2024
Siyasət
449
Ermənistan baş naziri buna qədər Azərbaycanla kommunikasiyaların açılmasını da mümkün hesab edir
"Hər halda Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişinin imzalanmasına pozitiv yanaşdığını hər imkanda qabarıq şəkildə vurğulamağa çalışır. Sülh sazişi ilə bağlı Azərbaycanın Ermənistan konstitusiyasına iradları haqlı və konkret xarakter daşıyır. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı birbaşa ərazi iddiaları irəli sürən müddəalar yer alır. Bu həm beynəlxalq hüquq normalarına, həm də dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir. Deməli, rəsmi İrəvan siyasi manipulyasiyaları bir kənara buraxıb, birbaşa Ermənistan konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq barədə düşünməlidir. Əks halda, bundan ən çox ziyan çəkən tərəf yalnız Ermənistan olacaq. Yekun sülh sazişinin imzalanmasında əsas məqsəd Azərbaycan və Ermənistan arasında düşmənçiliyi yekunlaşdırıb, normal dövlətlərarası münasibətlərin qurulmasına yol açmaqdır. Rəsmi Bakı isə Azərbaycana qarşı düşmənçilikdən imtina etməyib, onu öz ali qanunvericiliyində qorumağa çalışan Ermənistan ilə sülh sazişi imzalayacaq qədər sadəlövh deyil".
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarından və sazişin imzalanma ehtimalından danışıb. Baş nazir qeyd edib ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Paşinyan qeyd edib ki, bundan əvvəl əldə olunan razılaşmalara əsasən, hazırkı mətn kifayət qədər dolğundur: "Son sətirlərində düzəlişlər, əlavələr edilib imzalana bilər". Ermənistan baş naziri sülh müqaviləsi imzalanana qədər Azərbaycanla kommunikasiyaların açılmasını da mümkün hesab edir. Onun fikrincə, regional kommunikasiyaların açılması sülh müqaviləsinin imzalanmasından daha tez ola bilər. Paşinyan hazırda ölkədə gedən etiraz aksiyalarına da toxunub. Baş nazir müxalifətin parlamentin qarşısında təxribat törədəcəyini istisna etməyib: “Əgər polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirirsə, deməli, onların əlində bəzi qrupların burada təxribat törədəcəyinə dair informasiya var”. Qeyd edək ki, Ermənistan xarici işlər naziri Arorat Mirzoyan, parlament sədri Alen Simonyan da Azərbaycanla qısa zamanda sülh sazişinin imzalana biləcəyini istisna etməyiblər.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, sülh sazişinin qarşısında olan ənənəvi əngəllərin tamamilə ortadan qaldırıldığı barədə danışmaq bir qədər tezdir. Ekspertin sözlərinə görə, rəsmi İrəvan siyasi iradə nümayiş etdirərsə, cəsarətli addım atarsa, mövcud əngəllərin hamısını ardıcıl şəkildə aşmaq tamamilə mümkündür:
"Hər halda Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişinin imzalanmasına pozitiv yanaşdığını hər imkanda qabarıq şəkildə vurğulamağa çalışır. Sülh sazişi ilə bağlı Azərbaycanın Ermənistan konstitusiyasına iradları haqlı və konkret xarakter daşıyır. Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı birbaşa ərazi iddiaları irəli sürən müddəalar yer alır. Bu həm beynəlxalq hüquq normalarına, həm də dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir. Deməli, rəsmi İrəvan siyasi manipulyasiyaları bir kənara buraxıb, birbaşa Ermənistan konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq barədə düşünməlidir. Əks halda, bundan ən çox ziyan çəkən tərəf yalnız Ermənistan olacaq. Yekun sülh sazişinin imzalanmasında əsas məqsəd Azərbaycan və Ermənistan arasında düşmənçiliyi yekunlaşdırıb, normal dövlətlərarası münasibətlərin qurulmasına yol açmaqdır. Rəsmi Bakı isə Azərbaycana qarşı düşmənçilikdən imtina etməyib, onu öz ali qanunvericiliyində qorumağa çalışan Ermənistan ilə sülh sazişi imzalayacaq qədər sadəlövh deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə