
Paşinyan ermənilərin sonuncu ümidini qırdı
Yusif Nəzərli
09:08 06.01.2022
Siyasət
744
Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasına indi daha münbit zəmin yetişib
Ermənistanın “3+3” formatında keçirilən görüşlərə qatılması postmünaqişə dövrünü qəbul etməsi və Azərbaycanla sülh sazişini imzalaması imkanlarını da artırır. Son günlər Baş nazir Nikol Paşinyanın Qarabağ haqqında söylədikləri, sərhədlərin müəyyənləşməsinin və kommunikasiyaların bərpasının İrəvan üçün prioritet olduğunu söyləməsi də göstərir ki, Ermənistan mövcud reallığı dərk etməyə başlayıb. Düzdür, Paşinyan ara-sıra daxili rəyə hesablanmış mesajlar versə də, görünən odur ki, İrəvanın hədəfi iqtisadi gəlirlər əldə etmək, xüsusilə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Bunun da yolu sülh sazişindən keçir. Son günlər Paşinyanla Qarabağdakı separatçılar arasında gərginliyin yaranması da göstərir ki, İrəvan rəsmi Bakı və Ankaranın tələblərini qəbul etmək ərəfəsindədir. Ermənistan bir müddət vəziyyətin nə yerdə olduğunu, başqa alternativlərin mövcudluğunu öyrənmək üçün həmlələr etdi. Amma anladı ki, seçim qalmayıb, münasibətləri bərpa etməkdən başqa nicat yolu yoxdur.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında qeyd edib ki, separatizmin qalıqlarını sıradan çıxarmaq, Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına və digər məsələlərin həllinə nail olmaq üçün indi daha münbit zəmin yetişir. Partiya sədrinin sözlərinə görə, əgər Rusiya sülhməramlıları separatçılara himayəçilik etməsə və 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi prosesində Azərbaycanla eyni mövqedən çıxış etsə, Qarabağda erməni separatizminə tezliklə son qoymaq mümkün olacaq:
“Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar bütün tərəfləri məsələlərin tənzimlənməsinə rasional yanaşmağı diktə edir. Nikol Paşinyanın onlayn formatda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və Ermənistan ictimaiyyətinə verdiyi birbaşa mesajlar onun yeni reallıqlarla barışdığını və düzgün mövqe tutmağa başladığını göstərir. Baş nazirin beynəlxalq hüquq normalarına əsasən, Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirməsi, Qarabağın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki şansın qalmadığını bildirməsi proseslərə yeni yanaşmadan xəbər verir. Bu o deməkdir ki, Paşinyan ermənilərin Qarabağın statusu ilə bağlı sonuncu ümidlərini də qırdı və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu nümayiş etdirdi”.
Ə.Hüseynov bəyan edib ki, bütün bunlar Paşinyanın yeni reallıqları qəbul etdiyini göstərir və həm Ermənistanın özündə, həm də Xankəndidə tamamilə yeni situasiya yaradır: “Təsadüfi deyil ki, Ermənistan Baş nazirinin son açıqlamalarından sonra Xankəndidəki separatçıların “lider”i Araik Arutyunyan faktiki olaraq Nikol Paşinyana qarşı “müharibə” elan edib. Hazırda Qarabağ bölgəmizin dağlıq hissəsində, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında demək olar ki, hamı Paşinyanın əleyhinə köklənib. Bu da Arutyunyanın son günlərdə intensiv şəkildə apardığı anti-Paşinyan təbliğatının nəticəsidir. Paşinyan-Arutyunyan qarşıdurmasının pik həddə çatması müəyyən mənada Azərbaycanın maraqlarına uyğundur. Rəsmi İrəvanın dəstəyindən məhrum vəziyyətə düşmüş Qarabağ separatçılarını daha yumşaq üsullarla neytrallaşdırmaq və Xankəndidə Azərbaycanın suverenliyini bərpa etmək üçün əlverişli imkanlar yaranır”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət