Paşinyan Moskvanın ağalığına boyun əyib
Yusif Nəzərli
05:04 13.01.2022
Siyasət
387
Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il yanvarın 11-də Moskvada qəbul etdikləri ortaq bəyanatın qəbulundan 1 il keçsə də, Moskvada heç bir siyasi sənəd imazalanmadı. Sadəcə, ortaq bəyanat qəbul olundu. 4 maddəlik bəyanatın ümumi mənası bu idi ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq. İşçi heyətdə əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-nə qədər sənədi hazırlamaq tapşırılmışdı. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxil idi. Bu bir ildə bəyanatın yalnız işçi qrupun yaradılması bəndi yerinə yetirilib. Altqruplar barədə məlumat yoxdur. Nikol Paşinyan bir il içərisində kommunkasiya xətlərinin açılması məsələsini erməni cəmiyyətinə qəbul etdirsə də, işlər çox ləng gedir.
Politoloq Elxan Şahinoğlu deyib ki, Moskva 11 yanvar bəyanatının həyata keçirilməsini sürətləndirmək üçün əlaltısı İrəvana təzyiq etmir. Analitik xatırladıb ki, 11 yanvar bəyanatı qəbul olunarkən, Kremlin nəzarətindəki “Sputnik” agentliyinin Ermənistandakı ofisi Nikol Paşinyanın mövqelərini zəiflətmək üçün “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dollar zərər vurub” başlıqlı yazılar yayımlayırdı:
“Kreml ötən ilin bu vaxtı Rusiyadakı tanınmış ermənilər Ara Abramyan və informasiya ruporu Marqarita Simonyan kimilər vasitəsilə Nikol Paşinyana təzyiq edirdi. Paşinyan bir il sonra Rusiya ilə birgə hərbçilərini Qazaxıstana göndərdikdən sonra Kremlin ağalığını tam olaraq qəbul edib. Ona görə də Kremlin bundan sonra kommunikasiyaların açılması məsələsində Paşinyana təzyiq edəcəyi gözlənilmir. Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin yanvarın 10-da onlayn müzakirəsində Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsi arasında məntiqsiz paralel apararaq bunları dedi: “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz- üzə qala bilər”. Bununla Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərdi”.
Siyasi şərhçiyə görə, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib: “Təsadüfi deyil ki, Paşinyan “Qazaxıstanla Azərbaycan arasında paralellər apararkən”, erməni saytları dezinformasiya yayaraq, guya, Azərbaycan hərbçilərinin Qarabağda dinc sakinləri “atəşə tutması” xəbərini yayırdı. Dezinformasiyanın məqsədi aydındır. Ermənistan hakimiyyəti Qazaxıstandakı “xidmətinin əvəzində” Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onların da “dərdinə” şərik çıxmasını istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol