
Paşinyan “siyasi flügerlik” edir: Gah Makrona, gah da Pekressə tərəf “əsir” – ŞƏRH
Yusif Nəzərli
14:56 11.04.2022
Siyasət
515
Fransada prezident seçkilərin birinci mərhələsi baş tutub. Namizədlərdən biri Qarabağa qanunsuz səfəri ilə diqqətçəkən Valeri Pekress olub . O, bu səfərlə erməni dəstəkçilərindən səs toplamağı hədəfləyirdi. Amma seçikilərdə 5 faizdən dən az səs toplamaqla uğursuzluğa düçar oldu. Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan V.Prekressi öz ölkəsinə dəvət edib. Baş nazirin belə bir vəziyyətdə Makronu deyil, onun rəqibi olan Pekressi dəstəkləməsini bəzi ekspertlər xəyanət kimi qələmə veriblər. Baş verənlərin Fransa ilə Ermənistanın münasibətlərinə təsirsiz ötüşməyəcəyi də iddia olunur.

Vəziyyəti “Sherg.az”a şərh edən BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov bildirib ki, Fransa ilə Ermənistan arasındakı münasibətlərə sırf prezidentlər səviyyəsində şərh verilməməlidir:
“Erməni diasporu uzun illərdir ki, Fransada qüvvətlənib və oradakı dövlət qurumlarına kifayət qədər təsiri var. Ermənilər orada istər prezident seçkilərində, istər parlament seçkilərində aktiv şəkildə öz maraqlarını təbliğ edirlər. Amma sözsüz ki, Paşinyanla Makron arasındakı münasibətlər əvvəlki liderlərə baxanda daha yaxın səciyyə daşıyırdı. İkinci Qarabağ müharibəsində də bunu sezdik. Düşünürəm ki, Makronun əsassız çıxışlarının arxasında Paşinyan və erməni diasporu ilə olan münasibətlər dayanırdı”.
Ekspertin sözlərinə görə, N.Paşinyanın bu hərəkəti müəyyən qədər gərginlik yarada bilər:
“Sözsüz ki, erməni baş nazirinin bir partiya rəhbərini Ermənistana dəvət edib yeni münasibətlər yaratmağa çalışmasını Makron bəyənməyib. Bu onu göstərir ki, Ermənistan sözün əsl mənasında siyasi flügerlik həyata keçirir. Yəni, külək hansı tərəfə əsirsə, ora doğru istiqamətini dəyişir. Şübhəsiz ki, bu müəyyən qədər münasibətlərdə gərginlik yarada bilər. Amma düşünmürəm ki, Paşinyan bütün “kart”larını hər hansı bir namizədə qoysun. Çünki Makronun özünün də qalib gəlmə ehtimalı var. Seçkilərin ikinci raundu baş tutacaq. Paşinyan yenidən Makronla hazırkı gərginliyi düzəltməyə çalışacaq. Azərbaycan Ermənistan münasibətlərində Paşinyan ATƏT-in Minsk qarupunu yenidən nizamlama prosesinə cəlb etməyə çalışır. Burada da erməni baş nazir başa düşür ki, üzv kimi Fransanın da rolu nəzərə alımalıdır. Ona görə, Fransada kim hakimiyyətə gəlir - gəlsin, Paşinyan üçün vacib olan Fransa ilə təmas xətləri qurmaqdır”.
S.Zahidov hesab edir ki, müəyyən qədər gərginlik olsa da, bu Paşinyan və Makron münasibətlərini ciddi şəkildə sıfır nöqtəsinə gətirməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi