
Paşinyana qarşı olan qüvvələr sülh istəmir -ŞƏRH
Yusif Nəzərli
03:32 14.06.2024
Siyasət
439
Naxçıvan istiqamətində təxribatın baş verməsi Paşinyanı yıxmaq istəyənlərin oyunudur
Təxminən iki aylıq fasilədən sonra Ermənistan tərəfi növbəti dəfə sərhəddə təxribata əl atdı. İyunun 12-də Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Qeyd edək ki, erməni təxribatı Baş nazir Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla sülh sazişinin imzalanması və kommunikasiyaların açılması mümkünlüyü barədə çıxışından bir neçə saat sonraya təsadüf edir. Ona görə də bəzi ekspertlərin fikrincə, Naxçıvan istiqamətində açılan atəş Azərbaycanla yanaşı Nikol Paşinyana qarşı da təxribatdır. Əslində, bənzər hadisələrin təxribat olduğunu Nikol Paşinyan özü də etiraf edib. Bəzi şərhçilərin qənaətincə, Ermənistan ordusundakı təxribatçılar Paşinyanın arzuladığı sülhə təhlükə olaraq qalacaq. Hətta sülh sazişi imzalanandan sonra belə Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açmayacaqlarına təminat yoxdur.
Politoloq Abutalıb Səmədov da "Sherg.az"a açıqlamasında bildirib ki, məhz Nikol Paşinyanın sülh danışıqlarını yekunlaşdırmaq barədə bəyanatlar verməsinin ardından Naxçıvan istiqamətində atəşkəsin pozulması təsadüfi sayıla bilməz. Analitik Paşinyanın sülh sazişinin tezliklə imzalanması məsələsində səmimi olduğunu düşünür:

"ABŞ Dövlət Departamentinin rəsmisi Obrayenin son bəyanatı göstərdi ki, Vaşinqton da sülhlə bağlı İrəvan hıökumətinə təzyiqlər göstərir. Çünki Ağ Ev tərəflər arasında sülhün mümkün qədər tez imzalanmasında maraqlıdır. Problem ondadır ki, Ermənistanda etiraz aksiyaları davam edir və Paşinyan kəskin addımlar atmaqdan hələlik çəkinir. Ancaq İrəvan hakimiyyəti qəti addımlar atmalıdır, əks halda ölkədə ciddi başıpozuqluq yarana bilər. Qarşısını almaq mümkün olsa da, qan tökülər. Naxçıvan istiqamətində təxribat baş verməsi Paşinyanı yıxmaq istəyənlərin oyunudur. Məlumdur ki, Paşinyana qarşı olan qüvvələr sülh sazişinin imzalanmasını istəmirlər. Sirr deyil ki, erməni ordusunda Paşinyanın nəzarətdə saxlaya bilmədiyi qüvvələr hələ qalmaqdadır. Bu məqamda onlar sülhün əldə olunmasını istəmirlər. Amma Rusiyanın dəstəklədiyi revanşist qüvvələrin öz məqsədlərinə çatmaq şansı çox azdır. Yaxın günlərdə Nikol Paşinyan qəti addımlar atarsa, həm Baqrat Qalstanyanın dərsini vermək mümkün olacaq, həm də sülh sazişinin imzalanması istiqamətində real addımlar atılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə