Paşinyanın cəhdləri nəticə vermədi
Paşinyanın cəhdləri nəticə vermədi
Yusif Nəzərli
07:12 16.11.2021
Siyasət
557
Baş nazir günahı hərbçilərin üzərinə yıxaraq Moskvanın quracağı masaya gələ bilər
Ermənistanın Müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib. Bu barədə dünən Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında Karapetyanı vəzifəsindən çıxarıb. Onun yerinə isə baş nazirin müavini Suren Papikyan təyin edilib.
Paşinyanın müavini olmuş Suren Papikyan 1986-cı ilin aprelin 26-da Ermənistanın Stepanavan şəhərində doğulub. İrəvan Dövlət Universitetinin tarix fakultəsini bitirdikdən sonra 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 2018-ci ildə Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri təyin olunub. 2021-ci ilin avqustun 2-də baş nazirin müavini postuna yiyələnib. 2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin “Qaregin Njde” ordeni ilə təltif olunub.
Ermənistandakı nazir dəyişikliyini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında etiraf edib ki, Azərbaycan Ordusu bir neçə istiqamətdə irəliləyib və hadisələrin analizindən sonra Karapetyanın vəzifəsindən azad edilməsi qərarı qəbul olunub. Onun sözlərinə görə, Paşinyan Karapetyanı “günah keçisi” etdi:
“Birincisi, sərhəddə üzləşdikləri biabırçı vəziyyətin məsuliyyətindən yayınır. Karapetyanın Qarabağa səfəri, 60 erməni hərbçinin sərhəddə irəliləmək cəhdi təkbaşına verdiyi qərar deyildi. Moskvanın istədiyi üçtərəfli görüşdən yayınan Paşinyan vaxt qazanmaq və görüşə qədər sərhəddə üstünlük qazanmaqla masaya əyləşmək istəyirdi. Cəhdlər nəticə vermədi. 60 erməni hərbçi ordumuz tərəfindən mühasirəyə aldı və geri qaytardı. Azərbaycan bir neçə kilometr məsafə irəlilədi. Erməni hərbçilərin Azərbaycan Ordusu qarşısında düşdükləri vəziyyətin görüntüləri Ermənistan ictimaiyyətində hakimiyyətə qarşı ciddi etiraz yaratdı. Paşinyan çıxış yolunu baş verənlərin məsuliyyətini müdafiə nazirinin üzərinə qoymaqda gördü. İkincisi, Karapetyanı qovan Paşinyan bununla Moskvanın qurmaq istədiyi masanı dağıtmaq istəyən tərəfin özü olmadığının mesajını verir: Karapetyan Rusiyaya yaxınlığı ilə tanınan hərbçi idi, onun nazir kimi əsas səfər ünvanlarının Moskva olduğu da bunu deməyə əsas verir; Nikol son hadisələrdə Moskvaya yaxın nazirin günahkar olduğu mesajını verməklə həm də “Rusiya barmağına” işarə edir”.
Analitik qeyd edib ki, baş verənlər Paşinyana hərbi rəhbərlikdə kadr istəyini reallaşdırmaq şansı verdi:
“Karapetyanla yanaşı, baş qərargah rəisi Artak Davtyan da Moskvaya yaxın şəxsdir. Nikolun “sağ qolu” olaraq tanınan Papikyanın müdafiə naziri olması ən azı orduda balans yaratmağa imkan verə bilər. Ermənistan müdafiə nazirinin dəyişdirilməsi hadisələrin mümkün inkişafına dair gözləntilər də yaradır. Günahı hərbçilərin üzərinə yıxan Paşinyan Moskvanın quracağı masaya gələ bilər. Baş verənlər üçtərəfli masada razılaşmaq üçün Nikola imkan verir ki, erməni cəmiyyətinə “maraqlarımızı qorumaq üçün əlimizdən gələni etdik” deyə bilsin. Azərbaycanın Gorus-Qafan yolundan sonra Qafan-Çakaten yolunda da gömrük məntəqəsi qurması da Paşinyanın ictimai rəydə haqq qazanmaq imkanlarını genişləndirir. Mülki şəxsin - Papikyanın nazir olması erməni ordusu daxilində köhnə zabitlərlə yeni rəhbərlik arasında narazılığın yaranması ilə nəticələnə bilər. Bu məsələdə Davtyanın taleyi xüsusi rol oynayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya