Paşinyanın Papaqsızlıq sindromu
Banuçiçək Kalbalıyeva
08:52 18.08.2021
Siyasət
873
Politoloqlardan biri ilə danışırdım. Söhbət zamanı dedi ki, Ermənistan bundan sonra papağını qabağına qoyub düşünməlidir. Eyni anda ikimiz də güldük. Ən çox da "papaq" sözünə. Ermənistan hara, papaq hara...
Məlum olduğu kimi, rəsmi İrəvan yenə öz ampluasındadır. Həmişəkitək dikbaşlıq edir, "cığallığa" can atır, oyunun qaydalarını pozmağa çalışır. Lakin oyunu artıq güc, yəni Azərbaycan diktə edir. Ermənistanın isə boyun əyməkdən başqa alternativi yoxdur. Boyun əyməsə, özü əziləcək, hətta əzik- əzik olacaq.
Prezident, Ali Baş Komandan İlham Əliyevin "CNN türk" kanalına müsahibəsi və Kəlbəcər və Laçına səfəri zamanı verdiyi mesajlar konkretdir: üçtərəfli razılaşmaların şərtləri yerinə yetirələcək, o cümlədən Zəngəzur dəhlizi açılacaq. İrəvan bunu istəsə də, istəməsə də...Əlbəttə, Paşinyan şəxsən, bəlkə də, bunu arzulayır. Çünki siyasi xadim kimi getdikcə imicinin itirildiyinin fərqindədir. Amma erməni xisləti loyal mövqe sərgiləməyə imkan vermir. İrəvan "suya düşən saman çöpündən yapışar" misalı əl- ayaq öpür- gah Rusiyanın, gah Fransanın, gah da ABŞ- ın...Beləliklə, həm özünün kloundan fərqi olmur, həm də xalqını görməzdən gəlir, vətəndaşlarını öz ambisiyalarına qurban edir. Niyə? Ona görə ki, sələflərində olmayan onda da yoxdur- Papaq, yəni qeyrət.
Papağa rus dilində "şapka" deyirlər. Adətən çalğıçılara verilən nəmər belə adlanır. Kimsəyə sirr deyil ki, indiki məqamda İrəvanı silahlandıran Moskvadır. Yeri gəlmişkən, dövlət başçısı "CNN türk"ə müsahibəsində bu məsələyə də toxunmuş, Kremlə iradını bildirmiş, Rusiyanın bizim qonşumuz, Ermənistanın isə strateji müttəfiqi olduğunu açıq söyləmişdi. Deməli, İrəvana "musiqini sifariş verən də" Moskvadır. Özü kənarda qalır, mümkün qədər "süddən çıxmış ağ qaşıq" kimi görünməyə çalışır, amma əslində "saman altından su yeridir". Əlbəttə, rəsmi İrəvan bunu yaxşı başa düşür, "əl meymunu" olduğunu anlayır. Ancaq yenə də Papaqsızlıq özünü göstərir...
Paşinyan Papağını müharibədə o tərəf- bu tərəfə- gah şimala, gah da Qərbə sarı qaçanda yox, daha əvvəldən itirmişdi. "Qarabağ Ermənistandır, nöqtə" bəyanatı göstərmişdi ki, taxmaq istədiyi Papaq onun başına uyğun deyil. Nikol hələlik Papağını itirib, bir az da belə davam etsə, başını itirəcək...
Paytaxtın mərkəzində erməni "hərbçilərinin" İkinci Qarabağ müharibəsindəki boş qalmış papaqları nümayiş olunur. Ermənistan baş nazirinin isə artıq başı boş qalıb. Bu, bir siyasətçi üçün sadəcə faciədir..
...Həmin politoloqla söhbətimiz maraqlı alındı. Müsahibənin sonunda təxmini belə bir fikir səsləndirdi: "Düşmən danışıqlar masasına gəlməsə, işi lap çətin alacaq". Papağını itirən siyasətçi üçün çətinliyin növbəti mərhələsini mən təsəvvür edə bilmirəm. Həm də islanmışın yağışdan nə qorxusu?..
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya