
Paşinyanın sülh çağırışı tez-tez müraciət etdiyi variantdır - AÇIQLAMA
00:18 27.09.2024
Siyasət
555
Erməni baş nazirin dedikləri ilə İrəvanın intensiv silahlanması arasında təzadlar görünür
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edib. Baş nazir vurğulayıb ki, məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır. Prinsipcə, Paşinyanın bu təklifi onun bir müddət öncə dediyi “Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb” fikirinin başqa bir ifadəsidir. Yəni Paşinyan razılaşdırıldığı iddia edilən 13 maddə və preambula əsasında sülh sazişinin imzalanmasını istəyir. Ekspertlərin fikrincə, Bakı hələlik bu bəyanata rəsmi cavab verməsə də, təklif qəbul edilməyəcək.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, razılaşdırılan 13 maddənin nələr olduğu açıqlanmasa da, razılaşdırılmayan 3 maddə ilə bağlı ilkin fikirlər söyləmək mümkündür. Analitikin sözlərinə görə, üç maddə - Ermənistan konstitusiyasının Azərbaycan və ətraf ölkələrə ərazi iddiası ehtiva edən maddələrinin dəyişdirilməsi, üçtərəfli bəyanatda qeyd olunan “maneəsiz hərəkət prinsipi”nin təmin edilməsi və delimitasiya-demarkasiya prosesinin gələcəyinə dair razılığın olmasıdır.

Son günlər Bakının İrəvandan təzminat tələb etməsi və bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması da sülh sazişində bu məqamın 17-ci maddə ola biləcəyi ehtimalını artırır. Azərbaycan indiki məqamda Ermənistandan daha çox sülhü istəyir. Lakin İrəvanın təklifləri konkret deyil və gələcəkdə münaqişənin yenidən alovlanmasının qarşısını alacaq bəndləri özündə ehtiva etmir. Bakı ən yaxşı halda konstitusiya dəyişikliyindən sonra Ermənistanla ilkin sülh müqaviləsi imzalaya bilər. Aydın məsələdir ki, Paşinyan bu təkliflə həm də sülhdə maraqlı olduğunu göstərmək istəyir. Bu, onun tez-tez müraciət etdiyi variantdır. Lakin erməni baş nazirin sülh haqqında dedikləri ilə İrəvanın intensiv silahlanması arasında təzad var. Sülhdə maraqlı olan bir ölkə silahlanmaya meyilli olmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə