Paşinyanın XAM XƏYALI! – “KTMT-nin Qazaxıstana müdaxiləsi İrəvanı həvəsləndirib”
Yusif Nəzərli
11:00 10.01.2022
Siyasət
664
“İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb KTMT –a müraciət üçün bəhanə axtara bilər”
“Fikrimcə, Paşinyanın bugünkü sərsəmləməsinə rəsmi Bakı münasibət bildirməlidir ki, Ermənistanın dostları çaşıb təxribata uymasınlar”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son olayları müzakirə ediblər. Rusiya prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək “rəngli inqilabların” qarşısını almaq üçün aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb. Belarus prezidenti Aleksandr Lukaşenko isə “rəngli inqilabın” növbəti ünvanını – Özbəkistanı göstərib. Belarus prezidenti bu açıqlamasıyla bilərəkdən və ya bilməyərəkdən özü növbəti təlatümün düyməsinə basıb”.
“Sherg.az” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış fürsətdən istifadə edərək Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında bu cür paralel aparıb:
“Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər”.
Beləliklə, Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərib. Paşinyan sanki demək istəyib ki, “Ermənistan beynəlxalq terrorçularla üzləşəndə Siz bizə dəstək vermədiniz, qoşunlarınızı göndərmədiniz, Qazaxıstana isə dərhal reaksiya verdiniz, gələn dəfə bizim çağırışı da eşidin”.
Əlbəttə, Paşinyanın növbəti sayaqlamasına fikir verməmək də olardı. Azərbaycan öz ərazisini azad etmək uğrunda savaşırdı, ordumuz üzərinə düşən etdi. Paşinyan isə yenə “beynəlxalq terrorçular” haqqında nağıl danışmağa çalışıb. Buna baxmayaraq, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Diqqətli olmalıyıq. İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət üçün bəhanə axtara bilər. Fikrimcə, Paşinyanın bugünkü sərsəmləməsinə rəsmi Bakı münasibət bildirməlidir ki, Ermənistanın dostları çaşıb təxribata uymasınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm