Polad Bülbüloğlu Türkiyənin Rusiyada yeni təyin olunan səfiri ilə görüşüb
Yusif Sultanoğlu
17:38 13.11.2023
Siyasət
406
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Türkiyə Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Tanju Bilgiçi qəbul edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Polad Bülbüloğlu həmkarını yeni təyinat münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət zamanı Azərbaycanın Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və tədbirlər barədə qarşı tərəfi məlumat verib.
Azərbaycanın səfiri Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri və ən yüksək səviyyədə siyasi dialoqun ölkələrimizin Rusiyadakı diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinin inkişafına öz faydasını verəcəyinə əminliyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının ölkələrimiz arasındakı münasibətlərdə xüsusi əhəmiyyətini qeyd edərək, bu gün ölkələrimizin liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafının möhkəm əsasını təşkil etdiyini vurğulayıb.
Səfir Tanju Bilgiç qəbula görə təşəkkürünü bildirərək, yeni təyin edilmiş səfir qismində Moskvada ilk rəsmi səfərinin məhz qardaş Azərbaycanın nümayəndəsinə etdiyini vurğulayıb. O, Azərbaycan və Türkiyənin Rusiyadakı səfirlikləri arasında əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.
Qonaq diplomatik fəaliyyəti barədə məlumat verdi, o cümlədən Sankt-Peterburqda baş konsul, Serbiyada səfir və Türkiyə XİN-in mətbuat xidmətinin rəhbəri qismində işindən danışıb. O, Azərbaycanda dəfələrlə olduğundan bəhs edərək, hətta Qarabağın mirvarisi – Şuşaya da səfər etdiyini xüsusi vurğulayıb, Azərbaycanının sürətlə inkişaf etdiyini söyləyib.
Söhbət zamanı səfirlər ümumi mədəni və mənəvi dəyərləri olan iki qardaş xalqın hər bir vəziyyətdə bir-birinə sözdə deyil, işdə dəstək verdiklərini vurğulayıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyənin səfiri maraqlı və faydalı görüşə görə Polad Bülbüloğluna səmimi təşəkkürünü bildirib.
Görüşün sonunda səfir Tanju Bilgiçə Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı və miniatür azərbaycan milli musiqi alətlərindən ibarət suvenir hədiyyə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat