
Politoloq: İran təhlükəsizliyin təmin olunmasına görə təminat verməlidir
13:13 17.05.2024
Siyasət
538
Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra, İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb.
"Aparılmış iş nəticəsində, səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hal-hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra, səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır", - o deyib.
Sözügedən məsələni dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az"a söyləyib ki, səfirliyin binasının yerinin dəyişdirilməsini tələb etmək Azərbaycanın daxili məsələsidir:

“Azərbaycan binanın təhlükəsizliyinin təmin olunmasına, köhnə binada problemin olduğuna görə səfirliyin yerinin dəyişdirilməsinə qərar verib. Azərbaycanın əsas tələbi terror hücumunu təşkil edənlərin cəzəlandırılmasıdır. Bunun baş verməsi ilə əlaqədar suala isə cavab yoxdur. Sadəcə olaraq məlum hadisə ilə bağlı iddiham olunan şəxsə prokuror edam hökmü istəyib. Hələ bu hökmə məhkəmə son qərarı çıxarmayıb. Digər tərəfdən İran tərəfi təhlükəsizliyin təmin olunmasına görə təminat verməlidir. Hələ ki, həmin təminatla bağlı da Azərbaycan ictimaiyyətinə məlumat təqdim edilməyib. İki ölkə arasında münasibətlərin normallaşması və inkişaf etməsindən danışmaq isə tezdir. Hesab edirəm ki, İran tərəfi indiyə qədər Azərbaycanla bağlı etdiyi səhvləri, atdığı addımları aradan qaldırmalıdır. Bundan sonra əlaqələrin normallaşmasından danışmaq olar. Həmin səhvləri isə Azərbaycan ictimaiyyəti çox gözəl xatırlayır. Heç uzağa getmədən 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə İran tərəfinin Azərbaycanla bağlı etdiyi davranışı misal çəkə bilərik. Bu isə rəsmi Bakıya kifayər qədər əsas verir ki, münasibətlərin yaxşılaşdırılmasında Tehran tərəfini qınasın”.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya