
Politoloq: Ramiz Mehdiyev hadisəsi milli təhlükəsizlik sistemində siqnal rolunu oynayır
10:13 03.11.2025
Siyasət
368
İlyas Hüseynov: “Xarici təsirlər və daxili destruktiv qüvvələrə qarşı ideoloji immunitet gücləndirilməlidir”
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı və mediada yayılan məktubda “anti-milli ünsürləri hərəkətə gətirmək üçün Moskvadan dəstək istəməsi” barədə iddialar ölkə gündəminə yeni müzakirə mövzusu gətirib. Sənəddə yer alan məqamlar təkcə bir şəxsin mövqeyi kimi yox, eyni zamanda Azərbaycana qarşı uzun illərdir davam edən xarici təsir cəhdlərinin, daxildəki bəzi siyasi qrupların isə bu təsirlərlə əlaqələrinin mövcudluğunu xatırladır.
Bu hadisə bir daha göstərir ki, ideoloji və siyasi müstəqillik yalnız iqtisadi və ya hərbi təhlükəsizliklə məhdudlaşmır. Xaricdən yönəldilən informasiya kampaniyaları, “beşinci kolon” adlandırılan daxili şəbəkələr, sosial mediada aparılan manipulyasiyalar müasir dövrdə dövlət suverenliyinə yeni formalarda təhdid yaradır.
Bu reallıq fonunda əsas sual ortaya çıxır: Azərbaycanda ideoloji və siyasi müstəqilliyin qorunması üçün dövlət və cəmiyyət səviyyəsində hansı mexanizmlər formalaşdırılmalıdır ki, həm xarici təsirlər, həm də daxildəki destruktiv elementlər vaxtında və effektiv şəkildə neytrallaşdırılsın?
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət və dövlətçilik əleyhinə fəaliyyəti, həmçinin dövlət çevrilişinə cəhd göstəriciləri, təkcə siyasi deyil, həm də ideoloji və təhlükəsizlik müstəvisində ciddi siqnal kimi dəyərləndirilməlidir:

"Xüsusilə onun Rusiyaya ünvanlandığı iddia edilən məktubun üzə çıxması, ölkə daxilində və xaricdə fəaliyyət göstərən müəyyən qrupların koordinasiyalı şəkildə dövlətin sabitliyinə zərbə vurmaq niyyətində olduqlarını göstərir.
Azərbaycan kimi geostrateji baxımdan həssas bölgədə yerləşən dövlət üçün bu cür addımlar yalnız daxili məsələ deyil, həm də regional təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Çünki ölkəmizin enerji, nəqliyyat və kommunikasiya layihələri regionda balans yaradan əsas amillərdəndir. Belə şəraitdə informasiya müharibəsi, hibrid təhdidlər, kiberhücumlar və ideoloji manipulyasiyalar xüsusi təhlükə mənbəyinə çevrilir. Bu baxımdan, dövlətin həm informasiya təhlükəsizliyi, həm də milli ideologiya sahəsində sistemli tədbirlər görməsi vacibdir. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, milli maraqlara zidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericilik bazasının möhkəmləndirilməsi prioritet olmalıdır. Daxildə fəaliyyət göstərən və “5-ci kolon” adlandırılan zərərli elementlərin neytrallaşdırılması dövlətin milli təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməlidir".
Politoloqun sözlərinə görə, bu təhdidlər təkcə Rusiya kimi dövlətlərdən deyil, müxtəlif beynəlxalq dairələrdən, o cümlədən bəzi QHT və media platformalarından da qaynaqlanır:
"Onların əsas məqsədi Azərbaycan cəmiyyətində inamsızlıq, parçalanma və xaos yaratmaqdır. Buna qarşı ən güclü cavab isə ideoloji immunitetin gücləndirilməsidir. Bu kontekstdə Prezident İlham Əliyevin “yeni milli ideya” barədə çağırışı xüsusi aktuallıq kəsb edir. Ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi milli birliyin və həmrəyliyin əsas sütunu oldu və məhz bu ideya ətrafında xalq bir yumruq kimi birləşərək torpaqlarımızı azad etdi. Bu gün isə qloballaşma, sosial media manipulyasiyaları, liberal dəyərlərin yanlış interpretasiyası fonunda yeni ideoloji əsaslara, milli dəyərləri müasir dövrün çağırışlarına uyğunlaşdıran yanaşmalara ehtiyac duyulur.
Bu prosesdə vətəndaş cəmiyyəti institutları, media, politoloqlar, enerji və təhlükəsizlik mütəxəssisləri, həmçinin gənc nəsillə işləyən ideoloqlar fəal iştirak etməlidirlər. Gənclərin mənfi təsirlərdən qorunması, milli kimliyə sadiqliyin artırılması və informasiya mühitində milli maraqlara uyğun düşüncənin formalaşdırılması üçün dövlət və cəmiyyət səviyyəsində konseptual proqramlar hazırlanmalıdır. Beləliklə, Ramiz Mehdiyev hadisəsi təkcə fərdi siyasi xəttin nəticəsi kimi yox, həm də milli təhlükəsizlik sisteminin gələcəkdə daha dayanıqlı olmasına stimul verən hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan dövlətçiliyi artıq bütün təhdidlərə qarşı çevik reaksiya verə biləcək qədər təcrübə qazanıb və bu təcrübə üzərində yeni ideoloji mərhələyə keçid başlanır".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol