
Politoloq: Sülhməramlıların bölgəni tərk etməsi reallaşdırılmalıdır
13:01 29.12.2023
Siyasət
547
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyindən danışıb.
Bu barədə Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı məlumat verib.
“Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var. Bu, liderlər səviyyəsində imzalanıb. Sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub”, – nazir qeyd edib.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov ilin sonunda yekun hesabatla bağlı çıxışı zamanı bir sıra maraqlı fikirlər səsləndirildi:

"Cənab nazir də onlara ətraflı cavablar verdi. Əlbəttə, diqqət çəkən məqamlar içərisində Rusiya sülhməramlıların gələcək aqibəti də önəmli idi. Ceyhun Bayramovun dediyinə görə Qarabağda sülhməramlıların qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub. Amma 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatda deyilir ki, tərəflərdən birinin 6 ay öncədən müraciəti nəticəsində sülhməramlıların qalma müddətinə qarşı çıxıla bilər. Yəni, biz 2025-ci ilin noyabrına 6 ay qalmış etiraz müraciəti ünvanlasaq sülhməramlılar bölgəni tərk etməlidir. Rusiya tərəfi gözəl anlayır ki, ermənilərin könüllü şəkildə Qarabağ iqtisadi rayonunu tərk etməsindən sonra sülhməramlıların orada qalmasının heç bir əhəmiyyəti yoxdur. İndiki şəraitdə sülhməramlıların bölgədə qalması formal xarakter daşıyır. Sülhməramlıların bölgəni tərk etməsi reallaşdırılmalıdır. Çünki həmin sülhməramlılar regiona yerləşən zaman başqa geosiyasi mənzərə mövcud idi, indi tamamilə fərqli reallıqlar var. Ona görə də sülhməramlıların orada qalmasının heç bir siyasi və geosiyasi təhlükəsizlik səbəbi olmadığı üçün vaxtlarının uzadılmasına da ehtiyac yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region