Prezident İlham Əliyev Böyük Britaniya kralını təbrik edib
09:19 15.06.2024
Siyasət
427
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz dövlətlərarası əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə, xüsusilə də strateji xarakter daşıyan çoxillik səmərəli enerji əməkdaşlığımızın daha da genişlənməsinə böyük önəm veririk. Bu ilin noyabrında Azərbaycanın COP29-a ev sahibliyi etməsi Birləşmiş Krallıq ilə iqlim fəaliyyəti və yaşıl enerjiyə keçid məsələlərində də birgə işin davam etdirilməsi üçün yaxşı imkanlar yaradır.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında sağlam təməllər üzərində qurulmuş ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Əlahəzrət, belə bir əlamətdar gündə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”, - təbrik məktubunda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə