Prezident Münxendə "Leonardo" şirkətinin baş həmdirektoru ilə görüşüb
16:46 16.02.2024
Siyasət
431
Fevralın 16-da 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.
APA xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Lorenzo Mariani dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə “Leonardo” şirkəti ailəsi adından səmimi-qəlbdən təbrik etdi. Vurğuladı ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan irəli gələrək, şirkətin ölkəmiz ilə əməkdaşlığı uğurla inkişaf edir.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilmişdir. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirdi.
Söhbət zamanı Azərbaycan ilə “Leonardo” şirkəti arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, bu əməkdaşlıqdan məmnunluq ifadə olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media