Prezidentlərin görüşünün nəticəsi gələn həftə tam aydın olacaq
Turan
08:07 23.07.2021
Siyasət
588
Qarabağ və sərhəddə provakasiyalar dayanarsa, demək, Zəngəzur dəhlizinin açılması istiqamətində konkret qərar qəbul edilib
“Ermənistanda seçki ərəfəsində Paşinyanın rəqiblərinin müharibə ritorikası ilə danışması ona qarşı təzyiq vasitəsi rolunu oynayırdı”. Bu barədə “Şərq”ə açıqlamasında politoloq Vasif Əfəndiyev deyib. Siyasi şərhçi bildirib ki, Koçaryan və onun tərəfdarları müharibəni uduzduqlarını və geriyə dönüşün mümkün olmadığını yaxşı bilsələr də, Kremlin göstərişi ilə Paşinyana siyasi təzyiq edirdilər: “Artıq seçki arxada qalıb. Parlamentdə yer qazanan Koçaryan deputat mandatından imtina etməsi barədə bəyanat verib. Bu da ondan irəli gəlir ki, indiyə qədər verdiyi bəyanatları davamlı olaraq parlament kürsüsündən səsləndirməyə məcbur olmasın. Koçaryan çox yaxşı anlayır ki, müqavimət göstərmək reallıq hissini itirməkdir. Hakimiyyəti ələ almış qüvvələrin sərhəd bölgələrimizi atəşə tutması və konfliktin alovlanmasına gətirib çıxara biləcək addımlar atması ilk növbədə Ermənistanın maraqlarına ziddir. Ermənistan hələ də 10 noyabr razılaşmasının bəndlərini həyata keçirmək istəmir, müqavimət göstərir. Seçkilərə qədər bunu müəyyən mənada anlamaq olardı. İndiki şəraitdə bu dirəniş Ermənistan üçün pis nəticələnə bilər”.
Analitik bildirib ki, Fransa Prezidenti Makronun qızışdırıcı bəyanatları və hətta mütəmadi olaraq erməni dilində tvit atması Paşinyanı bir qədər ruhlandırıb:
“Lakin bir nüansı unudurlar ki, konflikt yenidən alovlanarsa, Sədərəkdən İrəvana 50 km-lik məsafəni 4 saata qət edə bilərik. Paşinyan isə Makronun həyasız bəyanatlarından başqa heç bir dəstək görməyəcək. İndi dünyada gedən proseslərdə böyük və güclü dövlətlərin açıq döyüşlərdə iştirakdan imtina etdiyi reallıqdır. Fransızlar və ermənilərdən fərqli olaraq türk əsgəri dişi və dırnağı ilə döyüşə hazır olduğunu sübut etdi. Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə atəşkəsin pozulması və mövqelərimizin atəşə tutulmasında isə birbaşa Rusiya cabadehdir və məsuliyyət daşıyır. Azərbaycan və Rusiya prezidentlərinin görüşü başa çatıb. Görüşün nəticələri üzümüzə gələn həftə tam aydın olacaq. Qarabağ və sərhəddə provakasiyalar dayanarsa, demək, Zəngəzur dəhlizinin açılması istiqamətində konkret qərar qəbul edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm