Putin niyə Tokayevə “stavka” edib? – Şərh:“Nazarbayev güzəştə getməyib”
Yusif Nəzərli
14:25 11.01.2022
Siyasət
891
“Belə bir məqamda KTMT-nin ölkədə qalmasına da heç bir gərək yoxdur, çünki Tokayev onsuzda Rusiyanın dediyi hər şeyi edəcək”
“Bunun sırf Rusiyadakı MDB liderlərinin görüşündən sonraya düşməsi təsadüf deyil”
Qazaxıstan lideri Kasım-Jomart Tokayev parlamentdə deputatlar qarşısında çıxışı edib.Çıxış zamanı o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin ölkəni tərk edəcəyi tarixi açıqlayıb. Bildirib ki, proses iki gün sonra başlayacaq və 10 gündən çox çəkməyəcək:“KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb”.
Maraqlıdır, KTMT sülhməramlı kontingenti ölkəni tərk etdikdən sonra da onun Qazaxıstanda təsir “rıçakları” qalacaqmı?
Siyasi analitik Turab Rzayev KTMT-nin Qazaxıstadakı fəaliyyətindən “Sherg.az”a danışarkən bildirib ki, əslində Tokayev elə KTMT-dən istifadə edərək ölkədə səssiz bir dövlət çevrilişi etdi:
“O bu şəkildə türk dünyasının ağsaqqalı sayılan, türk dövlətlər birliyinin fikir atalarından biri olan Nazarbayevi hakimiyyətdən devirdi.Tokayevi Qazaxıstan müxalifəti iqtidarsız, kifayət qədər güclü sayıla bilməyən, iradəsiz şəxsiyyət adlandırır. Onun belə bir çevriliş etməyində Rusiya birbaşa iştirak etdi və daha sonra suni müdaxilə yaratdı. Özünə tabe olan cinayətkar qruplaşmaları küçələrə saldı, daha sonra həmin şəxsləri fərdi şəkildə imitasiya etdi, bəzilərini öldürdü” .
Analitikin qənaətincə, Tokayevin hakimiyyəti Nazarbayevlə paylaşmaq istəməməsi ilə Qazaxıstanı rəsmi Moskvadan daha asılı bir hala gətirib çıxardı:
“Belə bir məqamda KTMT-nin ölkədə qalmasına da heç bir gərək yoxdur, çünki Tokayev onsuzda Rusiyanın dediyi hər şeyi edəcək. Bunun sırf Rusiyadakı MDB liderlərinin görüşündən sonraya düşməsi təsadüf deyil. Ola bilsin ki, məhz bu görüşdə Nazarbayevə müstəqilliyinin müəyyən hissəsini güzəştə getmək təklif olunub. O bunu qəbul etməyib və daha sonra rəsmi Moskva Tokayevə dövlət çevrilişi etmək üçün tam dəstək verib”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol