Putinlə Zelenski arasında "söz atışması" – “Bumeranq kimi özünə qayıdacaq”
Yusif Nəzərli
10:40 10.02.2022
Siyasət
449
“Diplomatiyada belə şeylər qəbul edilmir. Bu jarqondur, ara söhbətidir”
“Hətta "oğru dünyası"nda daha çox istifadə olunur”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə cavab verib.
Bu barədə Ukrayna dövlət başçısı fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra brifinqdə danışıb.
Ukrayna Prezidenti rus dilində cavab verəcəyini deyərək vurğulayıb ki, “aforizmin müəllifi” (Vladimir Putini nəzərdə tutur – red.) onu daha yaxşı başa düşsün:
“Şübhəsiz, bəzi şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsən. Ukrayna həqiqətən də gözəldir. “Mənim isə bir az artıqdır”.
V.Zelenskinin sözlərinə görə, Ukrayna dözümlüdür, çünki bu, müdrikliyin göstəricisidir:“Bizim dözümlülüyümüz təxribatlara təsir göstərir. Biz cavab verməyərək özümüzü hörmətli aparırıq. Bu mənada dözümlülük müdriklikdir”.
Qeyd edək ki, Putinin fikirləri ötən gün Moskvada Fransa Prezidenti Emmanuel Makronla danışıqlarda Ukraynanın ünvanına səsləndirilib: “Xoşun gəlsə də, gəlməsə də, döz, mənim gözəlim”.
Rusiya Prezidenti Vladimir Putin insanlara və hadisələrə yanaşma tərzi ilə daim seçilib. Bu dəfə də Ukraynaya qarşı işlətdiyi cümlə ilə gündəmə gəlib. Lakin “gözəlim” deyərkən qarşı tərəfi daha çox incitmək məqsədi olduğunu göstərir. Ukrayna Prezidenti Volodimir Zelenski də həmişəki kimi öz qətiyyətini qoruyaraq cavab verib.
Mövzu ilə bağlı “Sherg.az”a münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynliyə görə, siyasətdə kiməsə rişxənd etmək olmaz:
“Putinin işlətdiyi cümlə ciddi bir iztehza və təkəbbürlü bir tonu özündə ehtiva edir. Ukrayna tərəfini aşağılamaq cəhdi var. Rusiyanın güclü və hər şeyə qadir olduğunu göstərmək istəyib. Diplomatiyada belə şeylər qəbul edilmir. Bu jarqondur, ara söhbətidir. Hətta "oğru dünyası"nda daha çox istifadə olunur. Özünü "böyük siyasətçi" adlandıran şəxsin bu cür ifadəylə qarşı tərəfə lağ etməsi qəbuledilən deyil. Etika qaydalarına tamamilə ziddir. Putinin etdikləri bumeranq kimi özünə qayıdacaq”.
O, rəsmi Kiyevlə bağlı təəssüratlarını bildirib:
“Zənnimcə Volodimir Zelenskinin cavabı kifayət qədər təmkinli və ölçülülü-biçilidir. Bəli, doğrudan da, Ukrayna gözəldir. Xalqı da möhtəşəmdir, qədim tarixə malikdir. Amma ruslar kimi aqressiv, təcavüzkar və ilhaqçı siyasət yeritmirlər. Özləri təcavüzə məruz qalıb. Buna baxmayaraq səbrli davranırlar”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol