Qarabağdakı sülhməramlılar “dava-dava” oyunu oynayır
Yusif Nəzərli
23:14 12.01.2022
Siyasət
854
Azər Qasımov: "Azərbaycan Ordusunun Qarabağda gec-tez anti-terror əməliyyatı aparacağına heç kimin şübhəsi olmasın"
Qarabağdakı rus “sülhməramlıları” yenə öz ampluasındadır. “Sülhməramlı” kontingentinin hərbçiləri növbəti dəfə müasir vasitələrdən, “BTR-82A” zirehli transportyorlarından istifadə etməklə təhlükəsizlik təlimi keçiriblər. Təlimdə Əsgəran, Ağdərə və Xocavənd rayonlarında “təxribat xarakterli hərəkətlər”in qarşısının alınması və şərti hücumun dəf edilməsini məşq ediblər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi İlya Romançuk bildirib ki, şəxsi heyət mütəmadi olaraq gecə-gündüz döyüşə hazırlıqla bağlı təlimlər keçir. Narazılıq doğuran məqam odur ki, sülhməramlılar öz təlimlərinə erməni yeniyetmələri də cəlb edərək onlara “özünümüdafiə dərsləri” verirlər.
Ruslar “təxribat xarakterli hərəkətlərin” qarşısını almaq üçün mütəmadi təlimlər təşkil etsələr də, erməni quldurları tərəfindən dəfələrlə törədilmiş heç bir təxribatın önünü almayıblar. Hətta çox vaxt təxribata şərait yaradıb, erməni silahlılarının özbaşına hərəkətlərinə göz yumublar. Xatırladaq ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbərliyində dördüncü dəfə dəyişiklik edilib. General-mayor Andrey Volkov yeni komandan təyin edilib. Volkov Əfqanıstanda, Qroznı və Suriyada xidmət keçib. 2021-ci ilin mayına kimi Qarabağdakı rus sülhməramlılarının sabiq komandanı, general-leytenant Rüstəm Muradovun müavini olub. Rus sülhməramlı kontingentin əvvəlki rəhbəri general-leytenant Gennadi Anaşkin idi.
Qarabağdakı rus sülhməramlılarının təhlükəli oyunlarını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Qasımov deyib ki, rusların Qarabağda sülh yaratmaq, təxribatların qarşısını almaq üçün gəldiklərini düşünmək sadəlövhlükdür. Ekspertə görə, “sülhməramlıların” bir ildən artıq fəaliyyəti onların Qarabağa hansı məqsədlə gəldiklərinin əyani sübutudur:
“Rusiya “sülhməramlıları” bu müddət ərzində öz missiyalarından savayı hər işlə məşğul olublar. Lakin mütəmadi təlimlər təşkil etmək və separatçıları da prosesə cəlb etmək son həddir və açıq-aşkar Azərbaycana meydan oxumaqdır. Məqsəd üç-beş erməni quldurunu silahlandırmaq və lazım olan məqamda Azərbaycana qarşı istifadə etməkdir. Əslində, Rusiya tərəfi də çox yaxşı bilir ki, erməni silahlısı Azərbaycan hərbçisini görəndə döyüşmək yox, qaçmaq haqqında fikirləşir. Görünür, Kreml bu addımlar ilə rəsmi Bakıya mesaj vermək istəyir.
Mesaj isə odur ki, guya, erməni gənclərinin özləri “müstəqillik” üçün döyüşməyə hazırdırlar, bundan vaz keçmək istəmirlər. Həmçinin, şüuraltı mesaj ötürürlər ki, erməni gəncləri Azərbaycanla bir yerdə yaşamaq istəmirlər. Ancaq Moskvanın Qarabağla bağlı bütün oyunlarının fiaskoya uğrayacağına şübhə etmirəm. 44 günlük müharibədə qələbə qazanan, az qala bütün dünya gücləri ilə mübarizə apararaq torpaqlarını işğaldan azad edən Azərbaycan başı əzilmiş üç-beş erməninin “dava-dava” oyununa çox dözməyəcək.
Bu gedişlə Azərbaycan Ordusunun Qarabağda gec-tez anti-terror əməliyyatı aparacağına heç kimin şübhəsi olmasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol