Qazaxıstanda iğtişaşlarda iştirakda ittiham olunan qırğızıstanlı musiqiçi azadlığa buraxıldı
Yusif Nəzərli
07:18 10.01.2022
Siyasət
490
Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən muzdlu kimi təqdim edilən qırğızıstanlı caz musiqiçisi Vikram Ruzaxunov azadlığa buraxılıb.
Yerli mətbuatın məlumatına görə, o, indi vətəninə, Qırğızıstana qayıdır.
Yanvarın 9-da Qazaxıstan dövlət telekanalları Ruzaxunovun naməlum şəxslərin etiraz aksiyalarında iştirakına görə guya ona 200 dollar ödəməsi barədə etiraf videosunu nümayiş etdirib.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və iğtişaşlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Almatıya qastrol səfərinə gedirmiş. Yeni illə bağlı onu bu şəhərə konsert proqramları keçirmək üçün dəvət ediblər. Almatıya bilet 2021-ci il dekabrın 16-da alınıb və yanvarın 2-də o, qonşu respublikaya uçub. Daxili İşlər Nazirliyi artıq müəyyən edib ki, Ruzaxunov Bişkek hava limanında anası ilə birgə olub. Musiqiçinin Qazaxıstanda qohumu yoxdur və qonşu respublikaya yalnız konsert proqramları keçirmək, həmçinin musiqi festivallarında iştirak etmək üçün dəvətlə gedib.
Xatırladaq ki, Qırğızıstan rəsmiləri Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı bu ölkəyə nota göndərib.
Mənbə: Lentadnya “Telegram”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm