
Qərb Gürcüstanda hansısa təxribatlar törətməyə hazırlaşır
01:10 23.10.2024
Siyasət
329
Vaşinqton və Brüssel Cənubi Qafqazda söz sahibi olmaq üçün region ölkələrinə hökm etməyə çalışırlar
Gürcüstanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Qərbin bu ölkənin hakimiyyət və cəmiyyətinə qarşı təzyiqləri də getdikcə artır. Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan müdaxilələrin miqyası genişlənir. Təkcə gürcü xalqı və dövlətçiliyi üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün xüsusi əhəmiyyət kəsb edən 26 oktyabr seçkilərinə hazırlıq və təbliğat-təşviqat kampaniyası Qərbin total təzyiqləri şəraitində keçir. Qərb Gürcüstanda hakimiyyətə öz tərəfdaşlarını gətirmək üçün bütün vasitələrə əl atır.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, ABŞ və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri, habelə Avropa İttifaqının (Brüsselin) Cozef Borrel kimi təxribatçı nümayəndələri Gürcüstanla bağlı həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verirlər. Rəsmi Tbilisiyə qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan edirlər: "Bütün bunlar əlbəttə ki, hakim “Gürcü Arzusu” Partiyasının yürütdüyü siyasətə qarşı yönəlib.

Vaşinqton və Brüsseldən açıq şəkildə bəyan olunur ki, əgər “Gürcü Arzusu” hakimiyyətdə qalarsa, Gürcüstanın Avropaya yolu bağlanacaq. Bir sözlə, Qərb Gürcüstanda həm seçkiöncəsi, həm də seçkisonrası mərhələdə süni surətdə inqilab vəziyyəti yaratmaq üçün əlindən gələni edir. Qərbin bu hərəkətləri və müdaxilələri sözsüz ki, Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulması deməkdir. Demokratik Qərbin bu cür qeyri-demokratik addımları nə beynəlxalq hüququn norma və prinsiplərinə, nə də diplomatik etiketə uyğundur. Qərb ölkələrinin Tbilisidəki səfirlərinin və rezidentlərinin Gürcüstan vətəndaşlarına yol göstərməyə çalışması, onların seçki günü kimlərə səs vermələrini diktə etməsi bu ölkənin daxili işlərinə birbaşa müdaxilədir. Eyni zamanda bütövlükdə regionda sabitliyi pozmağa, Cənubi Qafqazın hazırkı geosiyasi arxitekturasının dəyişdirilməsinə yönəlib".
Analitikin fikrincə, Vaşinqton və Brüssel Cənubi Qafqazda söz sahibi olmaq üçün region ölkələrinə hökm etməyə, onları özlərinə tabe etməyə, vassala çevirməyə çalışırlar: "Onlar Ermənistanda bu istəklərinə müəyyən dərəcədə nail olublar. İndi də hədəfdə Gürcüstandır. Qərb bütün resurslarını işə salaraq seçki ərəfəsində Gürcüstanda hansısa təxribatlar törətməyə hazırlaşır, seçkilərin nəticələrinə təsir göstərmək istəyir. Ancaq Qərbin bu planının gerçəkləşməsi mümkün deyil. ABŞ və Avropa İttifaqının öz geosiyasi hegemonluq maraqlarını həyata keçirmək məqsədilə qonşu Gürcüstanda siyasi proseslərə müdaxilə etməsi onların gözlədikləri effekti verməyəcək. Biz əminik ki, Qərbin Gürcüstanda keçiriləcək seçkilərə kobud müdaxiləsi mütləq iflasa uğrayacaq. Region xalqları öz gələcək inkişaf yollarını özləri seçməlidir. Gürcü xalqı da öz taleyini özü həll edəcək və 26 oktyabr seçkilərinin nəticələri gürcü xalqının iradəsinə uyğun olacaq. Qərbdən fərqli olaraq biz qonşu Gürcüstanda xaosun və hərcmərcliyin yox, sabitliyin və dayanıqlı inkişafın tərəfdarıyıq. Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm