Qərb regionda gərginliyi artırmaqda maraqlıdır
Yusif Nəzərli
00:16 07.12.2021
Siyasət
598
Məqsəd Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməkdir
Bütün hallarda Rusiyanın Ukraynaya “hücum planı” bəlli səbəblərə görə o qədər də inandırıcı görünmür
Rusiya-Ukrayna münasibətləri gərgin olaraq qalmaqdadır. Vəziyyətin kifayət qədər kritik olduğunu bəyan edən Ukraynanın Müdafiə naziri Aleksey Reznikov deyib ki, Rusiyanın irimiqyaslı hücumu zamanı Böyük Britaniya, Kanada və ABŞ öz qoşunlarını ölkənin cəbhə mövqelərinə çevriləcək mühüm bölgələrinə yerləşdirməlidir. Müdafiə naziri anqlo-sakson müttəfiqlərini NATO-dan kənarda Ukraynaya yardım göstərməyə, xüsusən də ölkəyə daha çox hərbi təlimatçı göndərməyə çağırıb:
“Yaxşı olardı ki, kanadalı təlimatçılar Xarkovda, Mariupolda, Kramatorskda, Odessada və Zmeyni adasında yerləşdirilsinlər. Sizin burada olmağınız ruslar üçün “yaxşı” əlamət olacaq”. Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko isə bildirib ki, Ukrayna məsələsini yalnız Minsk razılaşmaları ilə həll etmək mümkündür. Nazir müavininin sözlərinə görə, hər kəs etibarlı siyasi həllin danışıqlar masası arxasında tapılacağını yaxşı başa düşür:
“Söhbət təkcə Ukraynadan deyil, bütövlükdə Avropanın və Qara dəniz regionunun təhlükəsizliyindən gedir. Əgər bizim tərəfdaşlarımız bu mövzunun kompleks halda gündəmdən çıxmasını istəyirlərsə, Minsk tədbirləri çərçivəsində hərəkət yeganə yoldur”. O, “Luqansk xalq respublikası” ərazisində dağıntı və ölümlərin Ukrayna ordusunun nəzarətində olan ərazilərdən 5 dəfə çox olduğunu bildirib: “Bu faktın özü kimin günahkar olduğu və məsuliyyət daşıdığına aydınlıq gətirir”.
Rusiyalı senator Aleksey Puşkov iddia edir ki, NATO ölkələri Ukrayna uğrunda döyüşməyəcək. Çünki o, alyansın üzvü deyil: “Bu o deməkdir ki, müqavilənin 5-ci maddəsi ona şamil edilmir və alyansın Ukraynanı müdafiə etmək öhdəliyi yoxdur. Buna görə də Ukrayna Qərbi açıq-aydın qaçqınlarla qorxutmağa çalışır. Kiyevdə başqa arqumentlər yoxdur”.
Xatırladaq ki, Stokholmda Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında Kiyevdəki hadisələrin müzakirəsi zamanı gərgin mübahisə yaşanıb. Buna səbəb Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Qərbin cavab tədbirlərinin müzakirəsi olub. Blinken NATO-nu müdafiə alyansı adlandırıb və bildirib ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçə sadiq qüvvələr Kiyevdə dinc nümayişçilərə atəş açıb və yüzdən çox insanı öldürüblər. Lavrov isə Blinkenə xatırladıb ki, Kiyevdə 2014-cü il hadisələri dövlət çevrilişi idi: “O, həmçinin NATO və Avropa İttifaqını Rusiyanı təhdid etməkdə ittiham edib”.
Tərəflər arasındakı gərginliyi “Şərq”ə analiz edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, ABŞ kəşfiyyatı tərəfindən yayılan informasiyaya görə, Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır. Analitikin fikrincə, Qərbdən yayılan bu tipli xəbərlərin bir neçə səbəbi var:
“Məqsəd regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməkdir. Həm Qərb cəbhəsi, həm də Rusiya vəziyyəti kritik hala gətirməklə bir-birinə mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilər. Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və pandemiyanın yaratdığı ciddi iqtisadi fəsadlar Kremli bu məsələdə tələsik qərar verməməyə vadar edir. Müdafiə Nazirliyində yer alan generalitet içində xeyli sayda Ukrayna əsilli hərbçinin olması da məsələnin digər önəmli tərəflərindən hesab edilir. Moskva yaxşı başa düşür ki, istənilən təcavüz nəticəsində sadəcə sanksiyalara məruz qalmayacaq. ABŞ-ın təkidi ilə NATO-nun prosesə qoşulması da baş verə bilər ki, bu, üçüncü dünya müharibəsinə gətirib çıxarar. Genişmiqyaslı müharibə isə Rusiyanın sürətlə parçalanması deməkdir. Kreml bunu gözə almaqdan çəkinir. Kiyev Moskvanı Türkiyə ilə hərbi əməkdaşlıqla da qorxudur. Türkiyənin Ukrayna ilə bağlayacağı müqavilə əsasında savaşa qoşulması regional və qlobal səviyyədə qarşısı alınmaz fəlakət deməkdir. Yəni Rusiyanın Ukraynaya “hücum planı” bəlli səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma beynəlxalq vəziyyət tez-tez dəyişir və gözlənilməz hadisənin baş verməyəcəyinə kimsə təminat verə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz