
Qərb Saakaşvilini tək qoymayıb! - “Həbsdə çox qalmayacaq”
Yusif Nəzərli
14:33 20.10.2021
Siyasət
594
Gürcüstanda həbsdə saxlanılan sabiq prezident Mixael Saakaşvili həkimlərin ona yardım göstərməsinə razılıq verib. Bu barədə siyasətçi yazdığı məktubda bildirib.
O, həbsdə qalacağı müddətdə heç bir formada qida qəbul etməyəcəyini və hətta ölümə hazır olduğunu deyib: “Bununla belə mən sona qədər sağlam düşüncəmi və işləmək qabiliyyətimi saxlamaq istəyirəm. Buna görə də həkimlər tərəfindən medikamentoz müdaxiləyə razıyam”.
Doğrudur, sabiq prezidentin ölkəyə qayıdışını tərəfdarları böyük rəğbətlə qarşıladı. Gürcüstanın paytaxtlı Tiflisdə M.Saakaşvilinin azadlığına qovuşmasına dair keçirən mitinq fikirlərimizin sübutu sayıla bilər. Bununla belə bəzi iddialar var ki, Saakaşvili Qərbin siyasi layihəsidir. Lakin müəyyən fikirlər dolaşır ki, Qərb artıq onu unudub və dəstək verməkdən böyun qaçırıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Sherg.az” açıqlamasına görə, beynəlxalq aləm və Qərb dövlətləri Saakaşvilini tək qoymayıb:
“Məsələ burasındadır ki, Gürcüstanın indiki hakimiyyəti də qərbpərəst siyasət yürüdür. Ona görə Qərb üçün Saakaşvili ilə indiki hakimiyyət arasında seçim etmək çətindir. Amma sabiq prezidentə həm ölkə içində, həm də xaricdə dəstək var. Azərbaycanlıların çoxu da Saakaşviliyə rəğbət bəsləyir. Çünki o, ölkəsində ciddi islahatlar aparmışdı, Azərbaycan və Türkiyə ilə sıx tərəfdaşlıq münasibətləri qurmuşdu, ölkəmizin əhəmiyyətini anlayan açıqlamalar vermişdi. Bu baxımdan Saakaşvilinin sərbəst buraxılmasını istəyirik. O, aclıq elan etməklə özünə olan dəstəklərin artacağına ümid edir. Fikrimcə, eks-prezidenti həbsdə çox saxlaya bilməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət