Rusiya açıq şəkildə Qazaxıstanı işğal edib
Yusif Nəzərli
01:30 12.01.2022
Siyasət
604
Qafar Çaxmaqlı: "Türkiyə müstəqil şəkildə Qazaxıstandakı proseslərə daxil olmalıdır"
“Qazaxıstandakı hadisələrin adını düzgün qoymaq lazımdır. Bu, açıq-aşkar işğaldır”. Bunu “Şərq”ə açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib. Professor bildirib ki, bu, əvvəlcədən planlaşdırılmış bir layihə idi: “İndi işğalın necə sonlandırılacağı və rus qoşunlarının ölkədən çıxarılması tədbirlərinə baxılmalıdır. Yanvarın 11-də Türk Dövlətləri Təşkilatının gecikmə ilə keçirdiyi toplantıda Qazaxıstan xalqına dəstək ifadə olundu. Bəyanatdan önə keçməyən bu dəstək elə də effektli deyil.
Türkiyə XİN rəhbərinin dediyi kimi “Qazaxıstan oturuşmamış qurumdan yardım istədiyi təqdirdə hansısa müdaxilə ola bilərdi”. Müraciəti ölkə rəhbəri etməlidir. Tokayev artıq seçimini Rusiyadan yana etdiyindən TDT-nin edəcəyi bir şey qalmamışdı. Rusiya açıq şəkildə Qazaxıstanı işğal etməkdədir. ABŞ dövlət katibi Blinkenin sözləri ilə desək, “Rusiya girdiyi yerdən çıxmır”. Onu Qazaxıstandan yalnız güc yolu ilə çıxarmaq mümkündür. TDT-nin indiki halda belə bir gücü yoxdur. Rusiya Qazaxıstanı parçalamaq planını hazırlamaqla məşğul olacaq. Bu planı pozmaq üçün yeganə silah Qazax xalqının dirənişidir”.
Q.Çaxmaqlıya görə, Türkiyə müstəqil şəkildə Qazaxıstandakı proseslərə daxil olmalıdır: “Əks halda Rusiya gərginliyi artıracaq və Qazax torpaqlarının şimal hissəsini birləşdirmək tədbirlərini işə salacaq. Artıq Rusiya-Belarusun vahid dövlətdə birləşdirilməsi planı işə düşüb. Qazaxıstan rəhbərliyini də seçim qarşısında qoyacaqlar. Bu fikri Lukaşenko artıq səsləndirib. Qazaxıstan ya bu ittifaqa birləşdiriləcək, ya da bölünəcək. Rusların yaşadıqları ərazilərdə Rusiyanın ikinci “Donbass variantı” işə düşəcək. “Vahid dövlət”də birləşmək ideyası Rusiyanın keçmiş SSRİ-ni bərpa etmək anlayışıdır. Zamanla digər müstəqil ölkələrə də əl atacaqlar. Növbədə ehtimal ki, Özbəkistandır. Rusiya öz imperial maraqlarını Mərkəzi Asiyada davam etdirməkdədir. Ermənistanda da “vahid dövlət”lə bağlı müzakirələr gedir. Amma “vahid dövlət” fikri Rusiyaya qarşı çox böyük beynəlxalq təpkiyə yol açacaq. Moskva Qazaxıstanda öldürücü zərbə ala bilər. Rusiyanın işğal doktrinası onun özünün dağılmasına səbəb olar. Keçmiş SSRİ kimi...”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol