Rusiya Krımdan geri çəkilməyəcək
Yusif Nəzərli
03:20 15.11.2021
Siyasət
234
NATO Ukraynanı dəstəkləsə də problemlər çoxdur
“Rusiyanı eskalasiyadan çəkinməyə, gərginliyi azaltmağa çağırırıq”.
Bunu NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib. NATO Baş katibi bildirib ki, son zamanlar Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhədə cəmləməsi müşahidə olunur.
Y.Stoltenberq vurğulayıb ki, biz daha əvvəl Rusiyanın Ukraynaya qarşı aqressiv yanaşmasının, hərbi qüvvələrdən istifadə niyyətini və təcrübəsini görmüşük:
“Rusiyanı bu qüvvələri hansı məqsədlə toplaması barədə şəffaf olmağa, eskalasiya yaratmamağa və gərginliyi azaltmağa çağırırıq. Öncə də qeyd etdiyim kimi daha əvvəl Rusiyanın Ukraynaya qarşı aqressiv fəaliyyətini görmüşük, bu təkcə sərhəddə deyil, Ukraynanın daxilində - Krımda və Donbasda baş verib. Ona görə də Rusiyanın potensial aqressiv fəaliyyəti ilə bağlı diqqətli olmalıyıq”.
Mövzuya münasibət bildirən politoloq Elman Vəliyev “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya Belarus və Ukraynanı öz hakimiyyəti altında görmək istəyir. Politoloq qeyd edib ki, ancaq Rusiya bunu diplomatik yolla etməyə çalışır:
“Belarus Prezidenti Lukaşenko ilə ittifaq dövləti adı altında bir anlaşma imzalandı. Bununla da Rusiya Belarus üzərində dominantlığını daha da artırdı, yəni Belarus Rusiyanın qəyyumluğuna keçdi desək yanılmarıq. Belarusdan sonra növbədə Ukrayna var. Ancaq iş burasındadır ki, Ukraynanın başında dayanan Belarusdakı kimi deyil. Bu da Rusiyanın işini bir qədər çətinləşdirir”.
E.Vəliyev diqqətə çatdırıb ki, NATO Rusiyanın gücünün daha da artmasını istəmir:
”Belarusun Rusiyanın himayəçiliyinə keçməməsi üçün əlindən gələni etsə də, buna nail ola bilmədi. Çünki Prezident Lukaşenko Rusiyanın mövqeyini seçdi. Amma Ukrayna Prezidenti Zelenski Rusiyaya meyilli deyil. NATO da bundan istifadə edərək Ukraynanı təhrik edir ki, ərazi bütövlüyünü bərpa etsin.
Ukrayna yaxşı bilir ki, təkbaşına bu mümkünsüzdür. Bu işdə NATO-nun köməyi lazımdır. NATO-da riskə girib Rusiya ilə müqavimət aparmaqdan ehtiyat edir.
Amerika da Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, əməldə bunu göstərmir. Rusiya isə Ukraynaya qarşı güc tətbiq etmək istəmir, çünki o ehtiyat edir ki, NATO Ukraynanı qorumaq üçün həmləyə əl ata bilər.
Zənn etmirəm ki, Rusiya Krımdan geri çəkiləcək. Krımın strateji mövqeyi olduqca önəmlidir. Çünki Rusiya Krım vasitəsilə Qara dənizdə maraqlarını təmin edə bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual