Rusiya məsələni uzadır - İlqar Vəlizadə
Yusif Nəzərli
12:28 27.07.2023
Siyasət
654
"Türkiyə ilə “Taxıl sazişi”nə dair təmaslar davam edir". Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib.
Onun sözlərinə görə, Moskva və Ankara "Taxıl sazişi" və ərzaq tədarükü üzrə dialoqu davam etdirir.
S.Verşin həmçinin bildirib ki, təhlükəsizlik zəmanəti olmadan Qara dənizdə mülki daşımaların aparılması ehtimalı azdır.
Nazir müavini Moskvanın iştirakı olmadan sazişin bərpası imkanını istisna edib.
Rusiyanın taxıl sazişindən imtina etməyərək, sadəcə dayandırmasının bunda maraqlı olması mənasına gəldiyini söyləyən politoloq İlqar Vəlizadə "Sherg.az"a şərh edib ki, Kreml müqavilənin onun şərtləri fonunda həyata keçməsini istəyir:
"Hətta şərtlər də bəllidir. Belə ki, Moskva özünün kənd təsərrüfatı malları daşıyan gəmilərinə sığortaların tədbiq olunması, gübrələrinin beynəlxalq bazarlara çıxarılması və.s kimi şərtlər irəli sürür. Bu tələbləri isə Qərb ölkələri yerinə yetirməyə tələsmir. Ona görə də Rusiya məsələni uzadır. Digər tərəfdən görünən odur ki, Rusiya kimi bir ölkənin taxıl bazarından birbaşa təcrid olunması və dolayı yollarla buğdanın beynəlxalq bazarlara çatdırılması dünyada ajortaj yarada bilər. Həmçinin Ukraynanın Qaradəniz vasitəsilə yox, digər yollarla buğdanı çatdırması da problemə səbəb ola bilər. Ən azında yoxsul ölkələr üçün bunun sosial-iqtisadi və siyasi problemlər yaratma ehtimalı var. Belə vəziyyət isə arzuolunmazdır. Ona görə də düşünürəm ki, müəyyən həll yolları tapıla bilər. Hər halda müəyyən işlər gedir. Digər tərəfdən müharibənin gedişatından da çox şeylər asılıdır. Yəni məsələlərin aydınlaşması, taxıl sazişinin bərpa olunmasına yardım edəcək".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, sazişin ən qısa zamanda bərpasını gözləyir.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət