Rusiya və İran artıq yeni regional reallıqları qəbul edir - ŞƏRH
03:33 04.11.2025
Siyasət
455
Tural Gəncəliyev: “Zəngəzur dəhlizində lokomotiv Azərbaycan və Türkiyədir”
“Ermənistan dəhliz yolu bərpasını beynəlxalq texnologiyalara uyğun aparmalıdır”
Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb: "Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır".
Prezidentin köməkçisi vurğulayıb ki, Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir:
"Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır". Rusiya səfiri Mixail Yevdokimov isə deyib ki, 44 kilometrlik yolu təqribən 2 ilə bərpa etmək mümkündür: "Rusiyanın dəmir yolu sahəsindəki mütəxəssisləri araşdırma aparır. Tunellər dağılmayıb, dəmir yolu kompleksi tələb olunur". Onun sözlərinə görə, yolun kim tərəfindən və necə bərpa ediləcəyi əsas məsələ deyil: "Bu yol Azərbaycanla Ermənistan arasında münasibətləri möhkəmləndirməklə yanaşı, regionda iqtisadi əlaqələrin inkişafına da şərait yaradacaq. Əsas məsələ yolun mümkün qədər tez bərpa olunmasıdır". Xatırladaq ki, İran rəsmisi də Zəngəzur dəhlizi ilə bağlı pozitiv açıqlama verib.
Millət vəkili Tural Gəncəliyev "Şərq"ə açıqlamasında bildirib ki, son günlər istər Rusiya, istərsə də İran diplomatları öz dövlətlərinin rəsmi mövqeyindən çıxış edərək bəyanatlar verirlər. Deputat deyib ki, artıq həm Moskva, həm də Tehran regiondakı yeni reallıqları qəbul edirlər:
"Rusiya və İran diplomatlarının Zəngəzur dəhlizinə dair fikirlərində hansısa antoqanist, neqativ yanaşma hiss olunmur. Qonşu dövlətlər istəməsələr belə, mövcud reallıqları qəbul etməlidir. Azərbaycan öz seqmentində infrastruktur xətlərini yüksək səviyyədə qurur, bərpa edir, yenidən tikir. Artıq top və əsas yük Ermənistan tərəfindədir. Ermənistan qısa zamanda keçmiş sovet dövründə dağıdılmış 44 kilometrlik yolu bərpa etməlidir. Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların Qarabağa, Şərqi Zəngəzura səfəri həm də dünyaya mesajdır ki, Zəngəzur dəhlizinin əsas təşəbbüskarı, lokomotivi məhz Azərbaycandır. Diplomatlar vasitəsilə reallıqları yerində bütün dünyaya nümayiş etdirdik. Ən mühüm məsələ odur ki, Azərbaycan və Ermənistan bu məsələdə razılıq əldə edib və söhbət məhz bu iki ölkənin ərazilərindən gedir. O baxımdan, Rusiya, İran və başqa ölkənin Zəngəzur dəhlizinə, yaxud siyasi adı ilə "TRİİP" layihəsinə qarşı çıxması mümkün deyil. Diplomatların da bunu birağızdan qeyd etməsi mühüm gedişdir".
Parlament üzvü vurğulayıb ki, Rusiya Cənubi Qafqazda gedən proseslərdə bu və ya digər şəkildə varlığını göstərməyə çalışır:
"Ona görə də Rusiyanın Azərbaycandakı səfiri "dəhlizin bərpasından, bunun nə qədər zaman tələb etməsindən" və s. danışır. Lakin ortada ABŞ vasitəçiliyi ilə Bakı və İrəvan arasında razılaşdırılmış "Tramp yolu" layihəsi var. Hazırda bu layihənin reallaşdırılması istiqamətində ciddi addımlar atılır. Türkiyə də bu prosesdə önəmli rol oynayır. Ermənistan ərazisindəki dəmiryol xətləri, xüsusən dəhlizin keçəcəyi marşrut üzərindəki köhnə xətlər beynəlxalq texnologiyalara uyğun olmayan sovet mexanimzləri ilə çəkilmişdi. Yollar tamamilə yenilənməlidir. Bu missiya da Ermənistan və ABŞ tərəfindən həyata keçiriləcək. Rusiyanın prosesdə iştirakı ilə bağlı razılaşma yoxdur. İrəvan hökuməti yolun bərpasına dair işləri ABŞ, Azərbaycan və Türkiyə ilə məsləhətləşərək həyata keçirir".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq